Mətbuatda Azərbaycan İdman Akademiyasında (AİA) kütləvi ixtisarlar aparıldığı barədə məlumatlara aydınlıq gətirilib.
ONN media xəbər verir ki, Azərbaycan İdman Akademiyası Mətbuat Xidməti 100 nəfərin ixtisar edilməsi ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyini bildirib.
"Bildiyiniz kimi, Nazirlar Kabineti 13 may 2024-cü il tarixində “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar verib və Azərbaycan İdman Akademiyası publik hüquqi şəxsə çevrilib.
Bunu əsas tutaraq, Azərbaycan İdman Akademiyası öz təhsil strategiyasını daha da təkmilləşdirilmək və qısa vaxt ərzində müasir beynəlxalq standartlara nail olmağı qarşısına hədəf olaraq qoyub. Bunun üçün bir sıra silsilə islahatların tətbiqinə başlanılıb.
Bir neçə mərhələdən ibarət olan islahatlara, eyni zamanda Akademiyanın inzibati heyətinin formalaşdırılması da daxildir. Belə ki, hazırda Azərbaycan İdman Akademiyasının inzibati heyəti müasir tələblərə uyğun olaraq, tərəfsiz münsiflərin də iştirakı və video qeydiyyat prosesi olmaqla, fərdi müsahibələr əsasında təşkil edilir. Müsahibəni uğurla keçənlərə müvafiq vəzifələr təklif edilir. Lakin bu proses hazırda davam edir və başa çatmamış prosesin nəticəsi barədə yalan məlumatın yayılması aparılan islahatlara kölgə salmaq və təsir göstərmək niyyətinə xidmət edir.
İnanırıq ki, tezliklə idman ictimaiyyəti Akademiyanın ölkənin idman siyasətinin tələbinə uyğun olaraq peşəkar idmanın inkişafı üçün həyata keçirmiş olduğu bu islahatlarının müsbət nəticələrinin şahidi olacaq", - məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən gün Azərbaycan İdman Akademiyasında 100-ə yaxın işçinin vəzifəsindən azad edildiyi, işdən çıxarılanlar arasında vəzifəli şəxslərin də olduğu, ixtisarların davam edəcəyi haqda məlumat yayılıb



Azərbaycanda akademiyanın adı dəyişdirilir
Prezident onları TƏLTİF ETDİ - SİYAHI
Bakıda tanınmış idman xadimi vəfat etdi
Azərbaycanda assosiasiya prezidenti vəfat etdi
İlham Əliyev Dilqəm Quliyevlə bağlı sərəncam imzaladı
Azərbaycanda yeni idman növü yaradıldı
İdman zalları ilə bağlı rəsmi açıqlama
İlham Əliyev sərəncam imzaladı
Prezident bu nazirliklə bağlı sərəncam imzaladı
Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək
Nazir idmançılara mükafat verdi
İlham Əliyev fərman imzaladı - Pakistanla-Azərbaycan arasında...
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 