21 yanvarda Bolunun məşhur istirahət mərkəzi Kartalkayada yerləşən 12 mərtəbəli Grand Kartal Otelində yanğın baş verib. Hadisə nəticəsində 78 nəfər həyatını itirib, 12 nəfər isə həbs olunub. Öz imkanları ilə və ya yanğınsöndürənlərin köməyi ilə sağ qurtulanlar arasında 67 yaşlı təqaüdçü gimnastika məşqçisi Fatih Güller olub.
ONN media haberler.com-a istinadən xəbər verir ki, Fatih Güller yanğın zamanı 10-cu mərtəbədə ailəsi və qohumları ilə birlikdə qalıb. O, gecə səs-küyə oyanaraq yaxınlarını xəbərdar edib. Ancaq tüstü səbəbindən 8-ci mərtəbədən aşağı enə bilməyən Güller otelin pəncərəsindən mələfələri birləşdirərək onları qaçış vasitəsi kimi istifadə edib. İlk növbədə uşaqları və qadınları aşağı endirən Güller ümumilikdə 11 nəfəri xilas edib. Ancaq qohumu Gülşen Doğan çarşafın qırılması nəticəsində düşərək yaralanıb.
Hadisəni danışan Güller deyib: "Hər kəsə çarşaf və ədyallar gətirməyi dedim, düyünlər bağlayıb, pəncərədən aşağı endik. İnsanları sakitləşdirərək, hər kəsi tədricən xilas etməyə çalışdım."
Həyəcan siqnalı işləmirdi
Güller oteldə həyəcan siqnalının işləmədiyini və təxliyə üçün kifayət qədər xəbərdarlıq olmadığını vurğulayıb: "Əgər siqnal çalsaydı, çoxlu insanın həyatı qurtula bilərdi."
Hal-hazırda Güller qohumu Gülşen Doğanın müalicə aldığı xəstəxanada ona dəstək olur və onun vəziyyətinin yaxşılaşdığını bildirib.



Güclü yanğın baş verib - 8 ÖLÜ
DƏHŞƏTLİ YANĞIN: 48 ölü, 51 yaralı
İstanbulda atışma: ölənlər var - SON DƏQİQƏ
"Bərpa” Tibb Mərkəzində YANĞIN
Rusiyada yataqxanada yanğın olub, 5 nəfər ölüb
Cənubi Koreyada DƏHŞƏTLİ YANĞIN: 28 ölü
Dehlidə yanğın: 26 nəfər öldü
GÜCLÜ YANĞIN - 9 ölü, onlarla yaralı var
Koronavirusa yoluxan Fatih Terimdən YENİ XƏBƏR
Hindistanda hoteldə yanğın - 9 nəfər öldü + Video
Narkoloji dispanserdə yanğın olub- Ölənlər var
Məşhur yaşayış binasında yanğın olub
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 