Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev fevralın 7-də yeni vəzifəyə təyin olunmuş maliyyə naziri Sahil Babayevi kollektivə təqdim edib.
ONN media xəbər verir ki, təqdimat mərasimində çıxış edən Samir Nuriyev müstəqil Azərbaycan Respublikasında müasir maliyyə sisteminin formalaşması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. 1990-cı illərin əvvəllərində Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün digər sahələrdə olduğu kimi, iqtisadiyyat və maliyyə sahəsində də sabitlik təmin edilib, həyata keçirilmiş ardıcıl və məqsədyönlü islahatlar nəticəsində dayanıqlı maliyyə sistemi yaradılıb.
Prezident Administrasiyasının rəhbəri deyib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib, aparılan iqtisadi islahatlar, şəffaflığın təmin edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində sürətli iqtisadi artıma və dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nail olunub.
Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan kimi Maliyyə Nazirliyinin fəaliyyətinin daim Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətində olduğunu bildirən Samir Nuriyev qurumun qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdırıb, həmin vəzifələrin icrası üçün bütün imkanların səfərbər olunacağına ümid etdiyini bildirib, bu işdə yeni təyin olunmuş maliyyə nazirinə və bütün kollektivə uğurlar arzulayıb



Fuad Nəcəfli Naxçıvanda işə başladı
Taleh Kazımov kollektivə təqdim olundu
Yeni maliyyə naziri Sahil Babayev oldu
Prezident PA rəhbərinə daha bir vəzifə verdi
Yeni Baş prokuror kollektivə TƏQDİM EDİLDİ
YAP-ın yeni sədr müavini kollektivə təqdim olundu
Samir Nuriyev iclasda icra başçısını tənqid etdi
Prezident Nazirlər Kabinetinin iclasını keçirdi
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı
ANAMA İdarə Heyəti sədrinin müavini kollektivə təqdim edildi
Prezidentin yanında iqtisadi müşavirə keçirildi
Energetika Nazirliyində Ulu Öndərin anadan olmasının 95 illiyi qeyd olunub
Temperatur 39 dərəcəyə yüksələcək
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir
“Avroviziya” qalibi Bakıya gəlməkdən imtina etdi
Milli Məclisin növbəti iclası başladı
Arıqlamaq istəyənlər üçün daha bir təbii yol
Pensiya alanlara şad xəbər
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
Xankəndiyə növbəti köç karvanı yola salındı
Günün qoroskopu: İşlərin öhdəsindən təkbaşına gəlməyə can atın
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
Prezident onları qəbul etdi
Temperatur 38 dərəcəyə yüksələcək 