ONN media xəbər verir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Energetika Nazirliyində tədbir keçirilib.
Energetika naziri Pərviz Şahbazov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin xatirəsi energetiklər üçün həm də milli enerji strategiyasının banisi kimi əzizdir. İki fərqli siyasi sistemdə Azərbaycana rəhbərlik etdiyi dövrdə ulu öndərin qətiyyəti, şəxsiyyətinin gücü hesabına ölkəmizi tənəzzüldən, böhrandan inkişaf yoluna çıxardığını vurğulayan nazir deyib ki, Heydər Əliyevin irəli sürdüyü inkişaf proqramları, kompleks tədbirlər, səmərəli kadr islahatları və idarəçilik metodları bütün sahələrdə, eləcə də enerji sektorunda uzunmüddətli inkişafın təməlini formalaşdırıb. Belə ki, ötən əsrin 70-80-ci illərində həyata keçirilmiş genişmiqyaslı tədbirlər nəticəsində neft təsərrüfatı yenidən qurulub, xüsusilə dənizdə neftçıxarma sahəsində böyük nailiyyətlər əldə olunub. Yeni yataqların kəşfi nəticəsində neft-qaz ehtiyatlarının artımına nail olunub. Neft emalı sənayesi və elektroenergetika sisteminin sürətli inkişaf dövrünün də Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilib.
Energetika naziri 90-cı illərdə ulu öndərin mürəkkəb vəziyyətdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, siyasi böhranın aradan qaldırılması, sosial-iqtisadi problemlərin həlli istiqamətindəki xidmətlərindən də bəhs edib. Onun müəllifi olduğu neft strategiyasının qazandırdığı nailiyyətlərdən, Qərb (Bakı-Supsa) ixrac boru kəməri, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum (Cənub Qafqaz Boru Kəməri) qaz kəməri və “Şahdəniz” layihələrinin həyata keçirilmə prosesi, iqtisadi və siyasi üstünlüklərindən danışıb. “Ulu öndər Heydər Əliyevin bütün bu xidmətləri Azərbaycanın milli enerji strategiyasını formalaşdırdı. Bu siyasət Azərbaycanı regionun lider dövlətinə çevirdi. Beynəlxalq enerji təhlükəsizliyi sistemində Azərbaycanın mövqeyini möhkəmləndirdi. Neft gəlirləri hesabına infrastruktur və sosial layihələr icra olundu. İnsan kapitalı inkişaf etdirildi. Ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafı təmin edildi.”
Ulu öndərin ideyalarının, strateji inkişaf kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib. “Cənub Qaz Dəhlizi” layihəsi, eyni zamanda neft-qaz sektorunda imzalanmış yeni sazişlər, neft emalı sahəsində kompleks tədbirlər, elektroenergetika sektorunda aparılan islahatlar Heydər Əliyev strategiyasının yeni mərhələdə inkişaf edən nümunələri kimi qiymətləndirilib.
Tədbirin yekununda ümummilli liderə həsr olunmuş film nümayiş etdirilib.



XİN Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə paylaşım edib
Ceyhun Bayramov Naxçıvana gedib - YENİLƏNİB
Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir
Energetika naziri “Afrika İttifaqı Komissiyası”nın komissarı ilə görüşüb
Ulu öndərin doğum günü Yevlaxda qeyd edildi
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Prezident və xanımı Fəxri xiyabanda
Heydər Əliyevin xatirəsi anılır
Energetika naziri isveçrəli iş adamlarını qəbul etdi
Mərhum Natiq Əliyevin xatirəsi anılıb
İlham Əliyev və birinci xanım ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Energetika naziri Avropa Enerji Cəmiyyətinin direktoru ilə görüşüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 