DİN-in Baş Dövlət Yol Polisi İdarəsi metohəssas sürücülərə müraciət edib.
Bu barədəBDYPİ-dən bildirilib.
Müraciətdə deyilir ki, fevral ayının ilk 10 günündə yer kürəsi bir sıra maqnit qasırğalarının təsiri altında olmuş və proqnozlara əsasən bu prosesin ayın sonuna qədər davam etməsi gözlənilir:
"Maqnit qasırğaları xüsusilə metohəssas insanlarda müxtəlif fiziki və psixoloji narahatlıqlara səbəb olur ki, bu da onların sürücülük qabiliyyətinə təsir göstərir. Son günlər respublika yollarında baş verən qəzaların təhlili onu dəməyə əsas verir ki, sürücülərin nəqliyyat vasitələrini heç bir real təhlükə və obyektiv səbəb olmadan aşırmaları və ya meneəyə çırpmaları göstərilən hallar səbəbindən baş verib".
Qeyd olunub ki, metohəssas sürücülərə maqnit qasırğasının təsirləri:
- Baş ağrısı və yorğunluq – Maqnit qasırğaları bəzi insanlarda miqren və halsızlıq yarada bilər.
- Diqqət dağınıqlığı və yuxululuq – Sürücülərin reflekslərini zəiflədərək qəza riskini artıra bilər.
- Əsəbilik və emosional qeyri-sabitlik – Həddindən artıq stress və əsəbilik təhlükəli manevrlərə səbəb ola bilər.
- Qan təzyiqində dəyişikliklər – Bu, ürək döyüntülərinin artmasına və ya halsızlığa gətirib çıxara bilər.
Sürücülərə vacib olmadığı hallarda sükan arxasına keçməmək tövsiyə olunub: "Sükan arxasında yorğun və ya əsəbi hiss edirsinizsə, qısa fasilələr verin. Diqqət dağınıqlığı hiss edirsinizsə, avtomobili idarə etməkdən çəkinin. Hava və maqnit qasırğaları ilə bağlı xəbərləri izləyin və müvafiq tədbirlər görün.
Maqnit qasırğalarının təsiri hər kəsdə fərqli ola bilər, lakin metohəssas insanlarda bu təsirlər daha güclü hiss olunur.
Unutmayın ki, yol hərəkətində bədən yorğunluğu və ya diqqət dağınıqlığı həm sizin, həm də digər yol hərəkəti iştirakçıları üçün real təhlükə hesab edilir!"



Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq
Əhaliyə XƏBƏRDARLIQ - Bu gecədən etibarən...
Maqnit qasırğası olacaq
Martın sonunadək... - MÜHÜM XƏBƏRDARLIQ
Metereohəssas insanların DİQQƏTİNƏ
Əhaliyə XƏBƏRDARLIQ - Avqustun bu günlərində DİQQƏTLİ OLUN!
Maqnit qasırğası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Bu tarixdə güclü geomaqnit qasırğası gözlənilir
Əhaliyə VACİB XƏBƏRDARLIQ: Qarşıdakı iki gün ərzində bunları etməyin!
Ehtiyatlı olun: Davam edən maqnit qasırğasının təhlükələri bunlardır
DİQQƏT! Yeri maqnit qasırğası vuracaq
DİQQƏT- Bu tarixdən maqnit qasırğası başlayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır? 