Evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb. Rəsmi məlumatlara əsasən, ötən il ərzində 20 min 149 ədəd yaşayış evi tikilib. Bu evlərin tikintisinə 2 milyard 572 milyon manat vəsait sərf olunub.
Hesablamalar göstərir ki, 2024-cü ildə ölkədə yaşayış evinin 1 kv. metrinə orta hesabla 1 089 manat xərclənib. Müqayisə üçün bildirək ki, 2023-cü ildə yaşayış evinin 1 kv. metrinə orta hesabla 387 manat, 2022-ci ildə 357 manat sərf olunub.
ONN media xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, yaşayış evlərinin maya dəyərinin artmasına bir neçə amil təsir göstərib. Onlardan biri tikinti şirkətlərinin və ya sahibkarların qarşısına qoyulan tələblərdir. Bura vergi ödənişləri və s. xərclər daxildir. İkinci səbəb isə tikinti materiallarının qiymətindəki artımdır.
Cəmiyyət sədri qeyd edib ki, evlərin maya dəyərinin artması onun bazar qiymətinə də təsirsiz ötüşmür.
Belə ki, yaşayış evinin 1 kv. metrinə xərclənən vəsait sonda toplanaraq bazar qiymətinin artmasına səbəb olur. Bu isə daşınmaz əmlak bazarında qiymət artımı ilə nəticələnir.
Vüqar Oruc onu da əlavə edib ki, bundan sonrakı dövr üçün də mənzil və evlərin qiymətində artım gözlənilir.
Ümumilikdə isə 2025-ci il ərzində daşınmaz əmlak bazarında 15-20 faiz artım proqnozlaşdırılır.



Bakıda bu evlərin qiyməti BAHALAŞDI
Bakıda BU MƏNZİLLƏRİN qiyməti ucuzlaşdı
Bakıda bu evlərin qiyməti BAHALAŞDI
Qərar verildi: Bu ərazidəki evlərin hamısı söküləcək
Şad xəbər: bu şəxslərə maddi yardım veriləcək
Yaşayış minimumunun məbləği artırılır
Bakıda bu evlərin qiyməti BAHALAŞDI
Yaşayış minumumu artırıldı
Bu aydan mənzillər bahalaşacaq - Ekspert
Əhaliyə göstərilən xidmətlərdən əldə olunan gəlir açıqlandı
Bakıda böyük söküntü: əhaliyə pul verilir
Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
Həkimlərdən xəbərdarlıq: Kofeyə yox deməyin vaxtı gəlib?
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Oktay Kaynarcadan sevənlərinə SÜRPRİZ
Rayonlarda pensiyalar nə vaxt veriləcək?
Lavrovla Fidan görüşdü
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Sabah Bakıda 34° isti olacaq
Flora Kərimovanın son VƏZİYYƏTİ
İyunun 21-də keçiriləcək imtahanla bağlı vacib açıqlama
İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi
Azərbaycanda Məhərrəm ayı başlayıb
Bakının bu iki rayonunda işıq OLMAYACAQ
Milli Qəhrəman Muxtar Qasımovun şəhidliyindən 34 il ötür 