İyunun 21-də keçiriləcək Azərbaycan dili (dövlət dili) imtahanında mayın 25-dən iyunun 2-dək qeydiyyatdan keçən müəyyən kateqoriyadan olan abituriyent və şagirdlər iştirak edəcəklər.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 3-də keçirilmiş imtahanda iştirak etməyən və ya həmin imtahandan "qeyri-məqbul" qiymət alan cari və əvvəlki illərin abituriyentləri imtahana buraxılış vərəqələrini DİM-in internet saytından çap etməlidirlər. Həmçinin hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə mayın 3-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən cari ilin məzunları da imtahanda iştirak edəcəklər. Bu kateqoriyadan olan şagirdlər də buraxılış vərəqələrini çap etməlidirlər.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qeyd edək ki, imtahanda iştirak edəcək şəxs imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, həmin şəxs imtahana buraxılmayacaq.



Bu tarixdə ikinci dəfə test imtahanı keçiriləcək
Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək
DİQQƏT- Bu imtahanın nəticəsi açıqlandı
İkinci imtahan bu tarixdə olacaq
Aprelin 28-də əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək
Növbəti buraxılış imtahanlarının vaxtı - Bu rayonlarda keçiriləcək
İmtahana girməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlərin NƏZƏRİNƏ!
DİM avqustda keçiriləcək imtahanlarla bağlı məlumat yaydı
Buraxılış imtahanlarının qrafiki ELAN EDİLDİ
Nəticələr AÇIQLANDI
DİM-dən imtahanlarda iştirak edəcək abituriyentlərə MÜRACİƏT
DİM abituriyentlərə MÜRACİƏT ETDİ: Bu tarixədək...
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Sabah Bakıda 34° isti olacaq
Flora Kərimovanın son VƏZİYYƏTİ
İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi
Azərbaycanda Məhərrəm ayı başlayıb
Bakının bu iki rayonunda işıq OLMAYACAQ
Milli Qəhrəman Muxtar Qasımovun şəhidliyindən 34 il ötür
"Azeri Light" neftinin qiyməti 4 faizdən çox ucuzlaşıb
"Qarabağ"ın Avropa Liqasındakı ilk rəqibi bu gün bəlli olacaq
Bəzi ərazilərə intensiv yağış yağır
"Space" TV-yə yeni bədii rəhbər təyin olundu
Moskva–Naxçıvan reysində təhlükəli səhv
ABŞ İrana 300 milyon dollar ödəyəcək?
Bu 7 əlamət varsa, problem səndə yox, nəsildəndir 