Hava şəraitinin dəyişməsi artıq fəsadlara yol açıb.
ONN media xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, sinoptiklərin xəbər verdiyi kimi respublika ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur. Dağlıq və dağətəyi rayonlarda yağan qar isə artıq yollarda bir sıra fəsadlar yaradıb:
"Bu gün səhər saatlarında Xızı şəhəri ərazisində yolun buz bağlaması səbəbindən maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin ehtimala görə, “Mitsubishi” markalı avtomobilin sürücüsü buzlu yolda kəskin tormozlama edib və nəticədə sürüşərək qarşıdan gələn “QAZ 31” markalı avtomobillə toqquşub.
Baş Dövlət Yol Polisi İdarəsi qarlı, şaxtalı hava ilə əlaqədar yollarda meydana gələ biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə, bir daha sürücülərə müraciət edərək, onları şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normalara uyğun gəlməyən, texniki-təhlükəsizlik baxımından köhnə, “ABS” tormoz sistemləri ilə təchiz edilməyən nəqliyyat vasitələrinin istismarına yol verməməyə, hərəkət sürətini hava şəraitinə uyğun seçməyə, qəfil manevr və kəskin tormozlamadan çəkinməyə, eləcə də təcrübəsiz sürücüləri qarlı, buzlu yollarda sükan arxasına əyləşməməyə çağırır.
Mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bunlardan əlavə avtomobillərin zəncir və dartı kəndiri ilə də təchiz olunmasını təmin etməlidirlər



Polisdən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə MÜRACİƏT
Yol polisindən sürücülərə xəbərdarlıq
Bu maşınların istismarı qadağan olunacaq - Xəbərdarlıq
DYP-dən yağışlı hava ilə bağlı xəbərdarlıq
DYP-dən sürücülərə HAVA XƏBƏRDARLIĞI
Yol polisindən sürücülərə müraciət
Hava ilə bağlı DYP-dan XƏBƏRDARLIQ
DYP-dən hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq
DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Bu gün yola çıxanların NƏZƏRİNƏ!
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 