Əvvəlcədən məlumat verildiyi kimi, hazırda paytaxtın əksər küçə və prospektlərində yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıq olan yolların sayı artıb.
ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.
Qeyd edilib ki, müşahidə kameralarının görüntülərinə, aparılan təhlillərə əsasən buna səbəb kimi pik və qeyri-pik saatlarda bayramlarla əlaqədar şəhərin mərkəzi hissəsinə nəqliyyat vasitələrinin daha çox axın etməsi, bəzi ictimai-iaşə obyektlərinin, gül mağazalarının qarşısında, dayanma və durmanın qadağan edildiyi nişanın təsir zonasında avtomobillərin park edilməsi göstərilə bilər. Yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması da bu səbəblər siyahısındadır. Qeyd edilən məlumatlar Mərkəzin əməkdaşları tərəfindən və xüsusi proqramlar əsasında aparılan təhlillərə və faktlara əsaslanır.
Pik saatlarda ötən ayın əvvəlindən bu günə nəqliyyat vasitələrinin hərəkət sürətinin azalması (km/saat):
1. Səməd Vurğun küçəsi - 45-dən 37-yə;
2. Rəşid Behbudov küçəsi - 14-dən 12-yə;
3. Koroğlu Rəhimov küçəsi - 11-dən 8-ə;
4. Bülbül prospekti - 18-dən 15-ə;
5. 28 May küçəsi - 12-dən 11-ə;
6. Zərifə Əliyeva küçəsi - 23-dən 20-ə;
7. Ziya Bünyadov prospekti - 49-dan 24-ə;
8. Tiflis prospekti - 17-dən 11-ə;
9. Neftçilər prospekti - 30-dan 16-ya;
10. Heydər Əliyev prospekti (köməkçi yol) - 18-dən 11-ə;
11. Qara Qarayev prospekti - 43-dən 34-ə;
12. 8 Noyabr prospekti - 42-dən 26-ya;
13. Babək prospekti - 50-dən 40-a;
14. Yusif Səfərov küçəsi - 46-dan 30-a;
15. Xətai prospekti - 27-dən 20-yə.
“Bir daha bildirmək istəyirik ki, yollarda bu səbəblərdən bir avtomobilin yolun hərəkət zolağında park edilməsi və ya dayanması, nəqliyyat intensivliyinin aşağı düşməsinə gətirib çıxarır. Bu da mərkəzlə yanaşı, digər yollara da təsir edir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən nəqliyyat intensivliyini artırmaq üçün hazırda 40-dan çox küçə və prospektdə işıqforlara “yaşıl dalğa” əmri verilir, kamera görüntüləri əsasında problemli kəsişmələrə əlavə naryadların cəlb olunması məqsədilə yol polisi ilə birgə tədbirlər görülür”, - məlumatda vurğulanıb



Bakıda güclü tıxacın səbəbi nə imiş?
Mərkəzi yollarda son durum necədir?
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ
Sürücülərin NƏZƏRİNƏ- Tıxac yarandı
Yollarla bağlı daha bir XƏBƏRDARLIQ
BNA mövcüd nişanlarda dəyişiklik edəcək
Yağış Bakı küçələrində tıxaca səbəb oldu
Bakıda bu yollara məhdudiyyət qoyuldu
Bakıda bu prospekt iflic oldu- SƏBƏB NƏDİR?
Bakının mərkəzi küçələrində TIXAC
BNA cərimələri bərpa edir: mayın 1-dən...
DİQQƏT- Bu yolda sıxlıq yarandı
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 