Dövlət başçısının tapşırığına uyğun olaraq sosial paket yalnız əmək haqqı, pensiya artımları deyil, eyni zamanda sosial müavinət və təqaüdlərdə artımları özündə ehtiva edir.
artıq yanvarın 1-dən minimum əmək haqqı, fevralın 1-dən etibarən isə minimum pensiya artımları olub. Eyni zamanda, əmək pensiyaları bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb.
Ölkə başçısı tərəfindən 23 dekabr 2024-cü ildə imzalanan sərəncamda isə Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün üç ay vaxt müəyyənləşdirilib. Həmin üç ay müddətində Nazirlər Kabineti tərəfindən təkliflərin hazırlanması və dövlət başçısına təqdim edilməsi həyata keçirilməlidir.
Bəs təkliflər nə zaman hazır olacaq? Müavinətlər nə vaxtdan artacaq?
Bu suallarla bağlı danışan millət vəkili Vüqar Bayramov bildirdi ki, artıq yeni dövrdə Nazirlər Kabineti hazırladığı təklifləri təqdim edə biləcək. Çünki cənab prezident tərəfindən Nazirlər Kabineti üçün müəyyənləşdirilmiş zaman başa çatıb:
"Təkliflərin hazırlanması və təqdim edilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir. Nazirlər Kabineti tərəfindən həmin sənəd təqdim olunduqdan sonra ölkə başçısı tərəfindən uyğun sənədlər imzalanır, sərəncamlar verilir və buna uyğun olaraq sosial paketin digər istiqaməti, sosial müavinətlər və təqaüdlərdə artımlar reallaşır.
Nazirlər Kabineti tərəfindən təkliflər paketi təqdim olunduqdan sonra hansı müavinətlər və təqaüdlərin artırılacağı bəlli olacaq. O baxımdan müavinət və təqaüdlərin artırılması həyata keçiriləcək. Amma konkret olaraq hansı müavinət və təqaüdlərdə artımların olması bu yalnız təkliflər təqdim olunduqdan və cənab Prezident tərəfindən sənəd imzalandıqdan sonra bəlli olacaq.
Üç ay təkliflərin hazırlanması üçün müəyyənləşmiş müddətdir. Təkliflərə uyğun olaraq sənəd hazırlanır və müavinət və təqaüdlərin artırılması reallaşır. Ona görə də müəyyənləşmiş üç ay ərzində təkliflər hazırlanması nəzərdə tutulub və yalnız təkliflər hazırlandıqdan sonra müavinətlər və təqaüdlərdə artımların reallaşması mümkündür.
Söhbət üç ay müddətində təkliflərin hazırlanması və təqdim edilməsindən gedir. Həmin müddət məhz martın 23-də başa çatıb. Amma qeyri iş günü olduğuna görə gözlənilir ki, aprel ayında təkliflər təqdim olunacaq və bundan sonra sosial müavinət və təqaüdlərdə artımları müşahidə edəcəyik".



Minimum əmək haqqı nə qədər artacaq?
Minimum maaş yenidən artacaq
Deputatdan şad xəbər: müavinət və təqaüdlər artırılır
Artımlar nə vaxt ödənəcək?
Pensiyalar nə vaxt artacaq?- AÇIQLAMA
Pensiya alanlara ŞAD XƏBƏR
Prezidentin yeni sərəncamı 1 milyon 800 min vətəndaşı əhatə edəcək - Nazirlik
Kimlərin maaş və pensiyası artacaq?
Prezidentin sərəncamı neçə nəfərin maaşına təsir etdi?
Əhaliyə ŞAD XƏBƏR- Pensiyalar artırılacaq
ŞAD XƏBƏR! Bu şəxslərin pensiyası iki dəfə ARTACAQ
Bu təqaüdlər 14 faiz ARTDI
Venesuelada zəlzələ qurbanlarının sayı 1719-a çatıb
Yeni peşə təhsili ixtisasları yaradıldı
“Qarabağ” 1 milyona müdafiəçi alır
Bu şəxslərə 3 il müavinət ödəniləcək
İyulun ilk günü hava necə olacaq?
Bu müəllimlər sertifikasiyaya cəlb EDİLMƏYƏCƏK
Bu yollarda asfalt örtüyü YENİLƏNƏCƏK
Milli Məclisin növbəti iclası başladı
Sabahdan bəzi lampaların satışı qadağan edilir
Qarpızın zərərləri nələr ola bilər?
DÇ-2026: 1/16 final mərhələsinin növbəti oyunları...
Neftin bu günə olan qiyməti
Bakının 2 rayonunda işıq olmayacaq
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayır
Nazirdən QƏRAR: Məktəblərdə dərs vaxtı telefondan istifadə QADAĞAN EDİLDİ 