Gələn ildən minimum əmək haqqı və minimum pensiya yenə də artırılacaq.
ONN media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, artıq bu istiqamətdə hökumətdə müzakirələr gedir.
"Gözlənilir ki, noyabr ayının 1-dək Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi tərəfindən minimum maaş və eləcə də, minimum pensiyanın artırılması ilə bağlı təkliflər təqdim olunacaq.
Büdcə paketi çərçivəsində həmin təkliflərin müzakirə olunması və növbəti ildən etibarən minimum əmək haqqı və minimum pensiyanın artırılacağı gözlənir. Biz bu istiqamətləri təkliflərdə təqdim etmişik, minimum pensiya, minimum əmək haqqı sonucu dəfə 2023-cü ilin yanvar ayında artırılıb.
Ona görə biz təklif edirik ki, keçən iki il ərzində həm ölkə üzrə nominal orta aylıq əmək haqqı, eləcə də inflyasiya səviyyəsi - hər iki indikator nəzərə alınmaqla minimum əmək haqqı və minimum pensiyada artım həyata keçirilsin. Biz minimum əmək haqqı və minimum pensiyada ikirəqəmli artımın olmasını təklif edirik. Təbii ki, müzakirələrin əsasında konkret rəqəm bəlli olacaq.
İlkin gözlənti ondan ibarətdir ki, artımlara növbəti ildən etibarən start veriləcək və bu, əmək pensiyası alan və minimum əmək haqqı alan bütün vətəndaşlarımızı əhatə edəcək", - deyə o bildirib.



Minimum əməkhaqqı və pensiyalar nə qədər artacaq?
Türkiyədə minimum əmək haqqı artdı
Minimum maaş yenidən artacaq
Minimum əmək haqqı artacaq - Ekspert məbləği AÇIQLADI
Minimum əmək haqqı ilə bağlı şad xəbər
Kimlərin maaş və pensiyası artacaq?
Əmək pensiyalarının artırılması TƏKLİF EDİLİR
Ərdoğandan minimum əmək haqqı ilə bağlı ŞAD XƏBƏR
Pensiyalar nə qədər artdı? – Nazir açıqladı
Azərbaycanda minimum pensiyanın məbləği qaldırılır - MƏBLƏĞ
Pensiyaçılara şad xəbər: Oktyabrın 1-dən...
Minimum əməkhaqqı nə qədər arta bilər?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 