Pensiyadakı artımlar indeksləşdirmə və eyni zamanda yardımların verilməsi formasında həyata keçirilir. Əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır".
Bunu açıqlamasında Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov bildirib.
O əlavə edib ki, 2024-cü ildəki orta aylıq əmək haqqıdakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq:
"Eyni zamanda, yardımların verilməsi ilə bağlı təkliflər də təqdim olunub və bu istiqamətdə müzakirələr getməsi növbəti dövrlərdə hansı istiqamətdə qərarların veriləcəyini bəlli edəcək.
Amma bütün hallarda mövcud qanunvericiliyə əsasən, əmək pensiyalarının indeksləşdirilməsi həyata keçirilir və bu, yanvar ayından tətbiq olunacaq. Eyni zamanda pensiya kapitalının və inflyasiya faizinin indeksləşdirilməsi həyata keçiriləcək. Həm əmək pensiyalarında, həm də pensiya kapitalındakı artımlar əvvəlki illərdə orta aylıq əmək haqqı və ya inflyasiya səviyyəsinə uyğun olaraq reallaşacaq.
Əmək pensiyaları orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə inflyasiya faizinə uyğun olaraq artırılır. Bu da, xüsusən də əməli pensiya yaşı tamam olmayan, amma gələcəkdə pensiya olacaq vətəndaşlarımızın pensiya kapitalının artmasına və onların daha çox pensiya almasına imkan yaradan faktorlardan biridir.
Konkret rəqəmlər ilin ikinci yarısında bəlli olacaq və xüsusən də payız aylarında müəyyənləşəcək. Bununla bağlı artıq konkret rəqəmlərin təqdimatı və eyni zamanda pensiya kapitalında hansı faiz artımın olmasını təqdim etmək mümkün olacaq. Bütün hallarda qanunvericiliyə əsasən, artıq 2024-cü il yekunlaşdıqdan sonra orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq, növbəti ilin yanvarından etibarən bütün növ əmək pensiyalarında artımlar qeydə alınacaq



Pensiyalar nə vaxt artacaq?- AÇIQLAMA
Pensiya alanlara ŞAD XƏBƏR
Gələn il pensiyalar bu qədər artacaq
Pensiyalar nə qədər artacaq?
Bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur
Pensiya artımları nə vaxtdan veriləcək?
Pensiya alanlara SEVİNDİRİCİ XƏBƏR - Bu aydan...
Pensiyalar nə vaxt artacaq?- Rəsmi
Üç gündən sonra pensiyalar, maaş nə qədər artacaq?
Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR
Minimum əmək haqqı nə qədər artacaq?
XOŞ XƏBƏR: Fevral ayının pensiyası artımla birlikdə veriləcək - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 