ONN İnformasiya Agentliyi

Kəmaləddin Heydərovdan general-leytenantın yerinə YENİ TƏYİNAT

Kəmaləddin Heydərovdan general-leytenantın yerinə YENİ TƏYİNAT
28-04-2025, 17:47
Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.
ONN media xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsinin alay komandiri, polkovnik Xaliq Hüseynov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
O buna qədər həm də rəis vəzifəsini müvəqqəti icra edib.
Məlumatı FHN təsdiq edib.
Qeyd edək ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin əvvəlki rəisi general-leytenant Etibar İsmayılov bir müddət əvvəl təqaüdə göndərilib. Ötən gün isə polkovnik İntiqam Axundlu Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini-qərargah rəisi vəzifəsinə təyin edilib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png