Avqustun 26-da Fövqəladə Hallar Nazirliyində FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup əməkdaşının təltifetmə mərasimi keçirilib. FHN-nin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, mərasimdə Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov iştirak edib. Qeyd edək ki, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin hərbi qulluqçuları bu ilin 24 iyulunda qəzaya uğramış Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin pilotunun nəşi və təyyarənin qalıqlarının axtarış-xilasetmə əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi işində yüksək peşəkarlıq, bacarıq və fədakarlıq göstərərək fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmrinə əsasən fəxri fərmanla təltif edilib, qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Mərasimdə çıxış edən Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev MiQ-29 hərbi təyyarəsinin pilotunun həlak olmasını təkcə Müdafiə Nazirliyi deyil, dövlət və xalq üçün böyük itki olduğunu vurğulayıb. Bildirib ki, FHN-in əməkdasları qəza axtarış-xilasetmə əməliyyatlarında iştirak edərək öz vəzifə borclarını yerinə yetiriblər. Nazir müavini XRXX-nin əməliyyatlarda fərqlənmiş hərbi qulluqçularının MN tərəfindən təltif edilməsini böyük diqqət adlandırıb və minnətdarlığını bildirib. Sonra FHN XRXX-nin 11 nəfər əməkdaşına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də Müdafiə Nazirliyinin xüsusi mükafatı ilə təltif edilib.
MN Rəşada görə FHN-in əməkdaşlarını təltif etdi



Zakir Həsənov təşəkkür etdi
Kəmaləddin Heydərov generalı işdən çıxartdı
İlham Əliyev bu generallarla bağlı SƏRƏNCAM İMZALADI
Prezident bu genaralları “Qarabağ” ordeni ilə təltif etdi
Etibar Mirzəyev partlayışa görə Xırdalana getdi - VİDEO
Daha bir polkovnik vəzifəsindən azad olundu
Nazirlər "TurAz Şahini - 2021" taktiki-uçuş təlimlərini izlədilər
Türkiyənin yeni istehsal etdiyi "Hürkuş" Bakı səmasında - VİDEO
General-mayor öldü - Qarabağın işğalında iştirak etmişdi
Respublika Perinatal Mərkəzində yanğın olub
General Türkiyəyə yola düşdü
Bakıda qadın meyiti tapıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 