Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsində cərimələrlə bağlı edilən dəyişikliklər barədə vətəndaşlara müraciət edib.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə hərbi qanunvericilik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, şəffaflığın təmin olunması və müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının alınması, habelə ölkənin çağırış və səfərbərlik resursunun dürüstləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar” fəslində 2025-ci il 7 mart tarixli Azərbaycan Respublikası 152-VIIQD nömrəli Qanunu ilə dəyişiklər edilib.
Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsinə (ilkin hərbi qeydiyyata alınmalı olan, yaşayış yeri üzrə qeydiyyata alınan və ya qeydiyyatdan çıxarılan vətəndaşlar, anket məlumatlarının dəyişdirilməsi, barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü haqqında və s.), çağırışçılar və hərbi vəzifəlilərə çağırış barədə məlumatın verilməməsinə görə vəzifəli və hüquqi şəxslər barədə tətbiq ediləcək inzibati tənbeh tədbirləri sərtləşdirilib.
Həmçinin, ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıran, ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra-Xidmət) aidiyyəti yerli qurumuna müraciət etməyən vətəndaşlar, habelə yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmayan və olduğu yer üzrə hərbi qeydiyyata durmayan, yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları Xidmətin aidiyyəti yerli qurumuna məlumat verməyən çağırışçılar və hərbi vəzifəlilər haqqında inzibati tənbeh növündə tətbiq ediləcək sanksiyalar sərtləşdirilib.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə üzrlü səbəblər olmadan gəlməməsinə görə çağırışçılar və hərbi vəzifəlilər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur. Həmçinin inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanına – Xidmətin aidiyyəti yerli qurumuna gəldikdə inzibati məsuliyyətdən azad olunur.
Bununla yanaşı, bu Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Mövcud qanunvericilikdə dövlət orqanlarının çağırış prosesinə dəstək verməsi nəzərdə tutulur. Çağırışçılar və ehtiyatda olan hərbi vəzifəlilərin dəqiq uçotu dövlətin müdafiə qabiliyyəti baxımından həyati əhəmiyyət daşıyır. Yaşayış yerini dəyişən çağırışçı və hərbi vəzifəlilərin məlumat verməsi zəruridir. Bu istiqamətdə, eləcə də müddətli həqiqi hərbi xidmətə, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırışdan yayınma hallarının qarşısının alınması sahəsində dövlət nəzarətinin gücləndirilməsi təmin olunacaq".



Bu gündən hərbi xidmətə növbəti çağırış başladı
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb
Dövlət Xidmətindən ilkin hərbi qeydiyyatla bağlı XƏBƏRDARLIQ
Çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salınırlar
Azərbaycanda hərbi xidmətə çağırış başladı
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
38 min nəfər döyüşə getmək üçün müraciət edib - RƏSMİ
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Hərbi xidmətə iyul çağırışı başa çatdı
Səfərbərlik xidməti çağırışçılara müraciət etdi: İyunun 25-30-da...
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 