Son dövrlərdə bir çox vətəndaş bank kreditlərinin ödənişində cüzi gecikməyə görə - bəzən cəmi 1 gün - yüksək faiz və ya cərimələrlə qarşılaşdıqlarını bildirirlər. Hətta bəzi hallarda xəbərdarlıq edilmədən maaş kartlarından vəsait tutulur və ya kart mənfi balansda göstərilir. Bu cür hallar banklarla müştərilər arasında narazılığa və hüquqi sualların yaranmasına səbəb olur.
Bank vətəndaşın razılığı olmadan maaş kartından pul tuta bilərmi? Kredit ödənişlərində gecikmələr nə ilə nəticələnir?
ONN media xəbər verir ki, iqtisadçı Əkrəm Həsənov Globalinfo.az-a açıqlamasında deyib ki, istehlak kreditləri üzrə gecikmə illik 5 faizdən və 180 gündən çox hesablana bilməz:
“Bu, Mülki Məcəllədən irəli gəlir. Təbii ki, bir günə görə gecikmə məbləği müəyyənləşdirilə bilər. Paralel olaraq, maaş kartından xəbərdarlıq olmadan tutulmalar da mümkündür. Əgər vətəndaş krediti maaş və pensiya aldığı bankdan götürübsə, müqavilədə müvafiq maddələr qeyd olunur. Yəni ödənişlər vaxtında olmasa, həmin kartlardan pul tutulacaq.
Bir neçə gün əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) sədri ilə görüş zamanı bildirildi ki, insanlara sərbəstlik veriləcək. Yəni vətəndaşlar maaş və pensiya ödənişlərini istənilən bankdan əldə edə, yaxud mövcud bankı dəyişə biləcəklər. Belə olarsa, artıq bank kredit ödənişləri geciksə belə, həmin kartlardan pul tuta bilməyəcək. Tutaq ki, maaşımı “A” bankından alıram və ordan kredit götürmüşəm. Gecikməyə yol versəm, kartımdan tutulacaq. Amma başqa banka müraciət edirəm, iş yerimə də bildirirəm ki, əməkhaqqımı “B” bankına göndər. Beləliklə, bank mənim maaş kartımdan pul tuta bilmir”.



Bakıda bacı və qardaş bank kartından pul oğurladı
Maaş və pensiyalarla bağlı şad xəbər
İpoteka faizləri aşağı salınmalı və şərtlər yumşaldılmalıdır - Deputatdan TƏKLİF
Pensiya alanlara ŞAD XƏBƏR
Maas Afina və Ankaraya gəlir - SƏBƏB
“Kapital Bank” müştərilərin kreditini ödəyəcək?
Maas: İran təhlükə yaradır, lakin...
Bank kartından pul oğurlayan şəxs saxlanıldı - GƏNCƏDƏ
Maaş artımları ilə bağlı nazirdən açıqlama
Bu şəxslər yüksək maaş almalıdır - Deputat
Rusiyanın ən yaxşı maaş təklif olunan şəhərləri - SİYAHI
Bu müəllimlərə maaş verilməyəcək? - AÇIQLAMA
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 