Mən son günlər cəmiyyəti sarsıdan, böyük gərginliyə səbəb olan bir məsələyə - Gəncədə qətlə yetirilən 17 yaşlı məktəbli Elgün İbrahimovun faciəsinə diqqət yönəlmək istəyirəm.
ONN media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnarə Akimova bildirib.
Deputat deyib ki, 2022-ci ilin noyabrında da Şağan Olimpiya kompleksində Turan Rüstəmov adlı 16 yaşlı bir gənc öldürülmüşdü:
“Hər dəfə belə qətllər ardınca böyük müzakirə dalğası gətirir, səbəblər üzərində düşünməyə başlayırıq, çünki doğrudan da böyük bir mənəvi zərbə alırıq”.
Bu faciələrin qarşısının alınmasına toxunan deputat vurğulayıb ki, məktəblərdə psixologiya fənninin dərinləşməsinə diqqət yetirilməlidir:
“Psixoloqlarımızın məktəblərə cəlb olunmasına və onlara ayrılmış zaman çərçivəsində həqiqətən də məktəblilərlə psixoloji təlimlər keçilməsinə, psixoloji hazırlıqlara rəvac verilməsinə çox böyük ehtiyac var. Əsl psixologiya peşəsinə sahib olanlar bura cəlb olunmalıdırlar. Yəni kimya müəllimi, fizika, texnologiya, yaxud biologiya müəllimi gəlib psixologiya fənini tədris etməməlidir”.
Elnarə Akimova qeyd edib ki, məktəblərdə mütaliəsiz nəsil yetişir:
“Dil çevrəsi qapanmış, xəyal dünyası daralmış, beyinləri kilidlənmiş, ədəbiyyatdan uzaq düşən bir nəsil yetişir və bu, artıq böyük bir problemə çevrilməkdədir. Təhsilimizdə, dərsliklərimizdə ədəbiyyatımıza diqqət bir başqa olmalıdır. Çünki ədəbiyyat daha çox mənəviyyata toxunan, mənəviyyata xidmət edən bir sahədir”.
Deputat əlavə edib ki, mədəniyyətın təməllərini qorumaq lazımdır:
“Yaranmış boşluqlarımıza diqqət yönəltməliyik. Məsələn, məktəblərdə bizim şagirdlərin saç düzümü, geyimi diqqət mərkəzində olmalıdır. Məktəb yalnız sertifikasiya imtahanları üçün sınaq meydanı deyil. Məktəb əxlaqı, dünyagörüşü və yüksək mənəviyyatı formalaşdıran ocaqdır. Gecikəndə, bax belə adda-budda da olsa neqativləri çıxır. Bu neqativlərin böyük bir dalğaya çevrilməməsi üçün cəmiyyət olaraq doğrudan da narahat olmalı və işlər görməliyik. Biz bu yolla uşaqlarımızı böyük bəla olan narkomaniyadan da uzaqlaşdıra bilərik”



Polislərin maaşı 2 dəfə artırılsın - Deputat
Deputatdan nazirə müraciət
Qətlə yetirilən idmançının atasından ŞOK SÖZLƏR
"Nəvə toyu"nda iştirak edən daha bir deputat istefa verdi
Vasif Talıbov Milli Məclisin üzvlüyündən çıxarılıb?
Deputat xalqdan və Milli Məclisin sədrindən üzr istədi
Azərbaycan polisinə güvənir, maaşları artmalıdır - Deputatlar
Zeynəb Xanlarova Rasim Balayevin müdafiəsinə qalxdı: “Desəm öldürərlər, deməsəm ölləm!”
Elgünün müəmmalı ölümü- Sirr hələ də açılmayıb
Paytaxt Bakıdan başqa şəhərə köçürülür? — AÇIQLAMA
Elman Rüstəmovun əleyhinə səs verən deputat kimdir?
Bu gün Milli Məclisin sədri seçiləcək
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 