Sabah ilk zəvvar qrupları Azərbaycandan Həcc ziyarətinə yola düşəcək.
ONN media xəbər verir ki, bunu Teleqraf -a Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, mayın 25-də 4 qrup olmaqla 180 nəfər yola düşəcək.
Hər zəvvar qrupunda 45 nəfər olacaq. Zəvvarları aparan təyyarə saat 11:00-da havaya qalxacaq.
Reyslər hər gün 1 təyyarə, yalnız mayın səhər saat 11:00-da və axşam saat 17:55-də 29-da 2 təyyarə olmaqla davam edəcək.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Azərbaycandan zəvvar qrupları mayın 25-dən 31-dək hər gün Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcəklər