Azərbaycanlı zəvvarların ilk qrupunu Vətənə gətirəcək təyyarə iyulun 5-i saat 11:00-12:00 radələrində Bakıya çatacaq.
ONN media xəbər verir ki, bunu Report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemə məsul şəxs olan Vüsal Cahangiri deyib.
O bildirib ki, qayıdış iyulun 11-dək davam edəcək:
“Əksər zəvvarlar artıq Məkkədə vacib Həcc əməllərini yerinə yetiriblər. Bəzi qruplar da son əməlləri Kəbədə icra edirlər. Ayinlərini bitirən zəvvarlar ara-sıra Kəbə evinə düşüb oranı ziyarət edərək dualar edir, namazlarını qılırlar”.
Şöbə müdirinin sözlərinə görə, ilk 8 qrup sabahdan Mədinə şəhərinə yola düşəcək:
“İyulun 2-dən 5-ə qədər orada olacaqlar. Həmin müddətdə Mədinənin gəzməli-görməli dini-tarixi yerləri ziyarət olunacaq”.
Zəvvarların səhhətinə gəlinə, V.Cahangiri əlavə edib ki, hər şey qaydasındadır, səhhətində problem olan yoxdur.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 440 zəvvar gedib.
Bu il bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edib.



Zəvvarların son durumu açıqlandı
Zəvvarlar Vətənə qayıdır
Məkkədə azərbaycanlı zəvvarlar xəsarət alıblar - AÇIQLAMA
Azərbaycanlı zəvvarlar həcc ziyarətini başa vurublar
Həcc ziyarəti üçün ilk uçuş bu tarixdə olacaq
Azərbaycandan Həcc ziyarəti üçün qiymət açıqlandı
Həcc ziyarətinə gedən zəvvarlarla bağlı açıqlama
Həccə getmək istəyənlərin NƏZƏRİNƏ
Zəvvarların ilk qrupu Vətənə döndü
Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 