Bakıda tələbələr üçün planlaşdırılan məzun gecəsi son anda ləğv edilib.
ONN media xəbər verir ki, bununla bağlı tələbələr sosial şəbəkədə paylaşımlar ediblər.
İddialara görə, tədbirə cəmi bir gün qalmış məzunlara gecənin baş tutmayacağı barədə məlumat verilib. Qeyd olunur ki, tədbirin təşkilatçılarından biri kimi təqdim olunan N. Möhbalıyeva tərəfindən təxminən 250 tələbədən hər biri 185 manat olmaqla ümumilikdə 46 250 manat vəsait toplanıb.
Sonradan məzunlara bildirilib ki, təşkilatçının hesabları dondurulduğu üçün vəsait dərhal geri qaytarıla bilməz.
“Ödənişlərin 10 gün ərzində qaytarılacağı vəd olunub. Lakin tələbələr üçün bu vəsaitin 10 gün sonra deyil, məhz indi qaytarılması vacibdir. Çünki bir çox tələbə məzun gecəsini başqa məkanda təşkil etmək üçün öz vəsaitinə ehtiyac duyur. Hazırda yüzlərlə tələbə və valideyn həm maddi, həm də mənəvi zərər çəkmiş vəziyyətdədir: Biz hadisənin səbəbləri, toplanmış vəsaitin taleyi və məsul şəxslərin öhdəlikləri ilə bağlı aidiyyəti qurumlardan rəsmi araşdırma və açıqlama gözləyirik”, - deyə paylaşımda qeyd olunub.//axar.az



Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
Bir sıra hərbi qulluqçular “Vətən uğrunda” medalı ilə təltif edildi - SƏRƏNCAM
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdü
Prezident İlham Əliyev "İnterfaks"a müsahibə verdi - TAM MƏTN
Prezident İlham Əliyev “BBC News”a müsahibə verib
Prezident AZTV-yə müsahibə verdi - TAM MƏTN
Prezident və xanımı Xətaidə modul tipli hospitalın açılışında iştirak ediblər
Prezident “Əl-Ərəbiyyə”yə müsahibə verdi
Prezident "CNN Türk"ə müsahibə verdi - TAM MƏTN
İlham Əliyev Yaponiya qəzetinə müsahibə verdi -YENİLƏNDİ
Prezident “Anadolu” agentliyinə müsahibə verdi - TAM MƏTN
Prezident bu ölkədəki səfirimizi geri çağırdı
Bakıya səhərə kimi leysan yağacaq – Xəbərdarlıq
"Sea Breeze"də layihə tikən şirkətin hesabına həbs qoyuldu
Sabah Bakıya yağış yağacaq
Azərbaycan Venesuelaya başsağlığı verdi
Bu gəmilər vurulacaq! - SEPAH-dan xəbərdarlıq
Mərkəzi Bank kredit götürmək QAYDALARINI DƏYİŞİR
İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi
Kartlardan vəsaitlərin silinməsi ilə bağlı açıqlama
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
DÇ-2026: Türkiyə son oyununa çıxır
Bu qəsəbə və kəndlərə növbəti köç karvanı yola salındı
Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü
Neft kəskin ucuzlaşdı 