Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Astara şəhərində yerləşən Həziyev Rauf Mirzəşəfi oğluna məxsus Astara Mərkəzi Bazarında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki, bazarın dam örtüyünün taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb, bazardakı tikililərin daxilində təşkil olunmuş satış sahələri yanar konstruksiyalarla quraşdırılıb və tavanları polietilen və tezalışan sintetik materiallarla üzlənib, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, bazarın ərazisində yanğına qarşı su hovuzu və daxili yanğın kranları mövcud deyil, bazar avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təchiz olunmayıb, bazar ilkin odsöndürən alət və avadanlıqlarla tam təmin olunmayıb, mümkün yanğın və qəzalar zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün “Təxliyə planı” işlənib hazırlanmayıb, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb, obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Astara şəhərində yerləşən Həziyev Rauf Mirzəşəfi oğluna məxsus Astara Mərkəzi Bazarının fəaliyyətinin qismən dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib



Bu şadlıq evi bağlandı
Bakıda məşhur kafenin fəaliyyəti dayandırıldı
Bakıda məşhur otel bağlandı
Bakıda məşhur restoran bağlandı
Azərbaycanda bu univermaq bağlandı
Azərbaycanda məşhur klinika bağlandı
FHN Bakıda mehmanxananın fəaliyyətini dayandırdı
Azərbaycanda məşhur klinika fəaliyyətini dayandırdı
Bakıda çörək sexinin fəaliyyəti dayandırıldı
Bakıdakı bu bazarın fəaliyyəti dayandırıldı
"8-ci km bazarı"nda ciddi pozuntular aşkarlanıb
"Xəmsə" şadlıq sarayının fəaliyyəti dayandırıldı
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 