Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Tovuz döyüşlərinin beşinci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, tədbirlər çərçivəsində Şəhidlər xiyabanlarına gələn Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətlərinin rəsmiləri, şəhid ailələri, hərbi qulluqçular və müharibə iştirakçıları Tovuz döyüşlərində, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının məzarlarını ziyarət edərək xatirələrinə ehtiram nümayiş etdiriblər.
Çıxış edənlər Tovuz döyüşlərinin tarixi əhəmiyyətindən danışaraq bildiriblər ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti dəfə təxribata əl atıblar.
Mövqelərimizi ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozan qarşı tərəf artilleriya qurğularından da istifadə etməklə qəflətən hücuma keçməyə cəhd göstərmiş, lakin Azərbaycan Ordusunun adekvat tədbirləri nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilmişdir.
Keçirilən tədbirlər zamanı Tovuz döyüşlərinin gənclərdə döyüş ruhunun, qələbə əzminin yüksəlməsində böyük rolu olduğu qeyd edilib. Həmçinin şəhidlərimizin vətənpərvərliyi və döyüş meydanında göstərdikləri şəxsi igidliklər xüsusi vurğulanaraq, onların xatirələrinin daima əziz tutulacağı əminliklə bildirilib.



Tovuz döyüşlərinin şəhidləri yad edildi
Zakir Həsənov şəhid general və polkovnikin ailələrini ziyarət etdi
Prezident şəhid generalın və polkovnikin ailəsinə ev verdi
Tovuz döyüşlərində şəhid olan hərbçilərin anım mərasimi keçirildi
Orduda Qurban Bayramı belə qeyd olundu
Ordumuzda Qurban bayramı qeyd olundu
SON DƏQİQƏ: Azərbaycan ordusu 2 şəhid verdi
Tovuz şəhidini qarşılayır
Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutdu
Azərbaycan şəhid polkovnikini izdihamla qarşıladı - FOTO
Orduda silsilə tədbirlər keçirildi
SON DƏQİQƏ: Ordumuz daha bir şəhid verdi
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 