Talessemiya və digər qanyaradıcı sistem xəstəliklərindən əziyyət çəkən şəxslərin hərbi xidmətə yararlılığı tez-tez gündəmə gəlir. Bəs belə hallarda onların xidmətə cəlb olunub-olunmaması hansı meyarlara əsasən müəyyən edilir?
ONN media-nın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın bildirib ki, eritrosit membran anomaliyaları (mikrosferositoz və s.), hüceyrədaxili enzim çatışmazlığı, homoziqot və ikiqat heteroziqot hemoqlobinopatiyalar zamanı şəhadətləndirmə aparılır:
“Bu xəstəliklər hemolitik anemiyalarla müşayiət olunduqda və tibbi sənədlərlə təsdiq edildikdə, qanyaradıcı sistemin pozulma dərəcəsi nəzərə alınır. Qərar isə Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiqlənmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasında göstərilən “a”, “b” və “c” yarımbəndlərinə uyğun olaraq qəbul edilir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən, xəstəliklərdən əziyyət çəkən şəxslərin hərbi xidmətə yararlılığı xəstəliyin növü və dərəcəsindən asılı olaraq müəyyən edilir. Ağır hallarda və daimi xarakterli pozuntularda çağırışçılar hərbi xidmətə yararsız hesab edilir, yüngül hallarda isə “məhdud yararlı” kimi qərar verilə bilər
Bu xəstəliyi olanlara şad xəbər



Bu şəxslər hərbi çağırışdan azad edilir
Hərbi xidmətə çağırışla bağlı yeni qərar qüvvəyə minir
Bu şəxslər hərbi xidmətə yollanmayacaq?
Bu xəstəliyi olan şəxslər də hərbi xidmətə çağırılacaq
Zob xəstəliyi olanlar əsgərliyə aparılmır? - AÇIQLAMA
Qəzada həlak olan hərbçilərimizə şəhid statusu veriləcək
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Pərviz Sədrəddinova bu qurumda vəzifə verildi
Nazirlər Kabineti hərbçilərə görə bu QƏRARI DƏYİŞDİ
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
Bu gündən hərbi xidmətə növbəti çağırış başladı
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 