Bakı Hərbi Məhkəməsində sentyabrın 11-də Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
ONN media xəbər verir ki, elan edilən sənədlərdən biri 1990-cı il martın 24-də Sədərəyə Ermənistanın Ararat rayonunun Yerasx kəndi tərəfdən 2 ədəd raket atılması faktı ilə bağlı olub.
Həmin vaxt raketlərdən biri havada yanıb, digəri isə Sədərək sakini Qasımov İsmayıl Bayram oğlunun həyətindən bir qədər aralıda yerə düşərək partlayıb.
Növbəti sənədlər Şahbuz rayonunun Şada kəndində 6 nəfərin xəsarət alması, Tovuz rayonunun Qışlaq və digər kəndlərin atəşə tutulması faktları ilə bağlı olub. İstintaqla müəyyən edilib ki, Ermənistanın Şəmşəddin rayonundan 1990-cı il martın 27-də saat 17:00 radələrindən başlayaraq saat 00:00-dək Tovuz rayonunun Qışlaq, Yuxarı Hacallı, Əlibəyli kəndləri odlu silahlarla güclü atəşə tutulub. Hadisə zamanı mülki əhali arasında xəsarət alanlar olub.
Bundan başqa, Vəli Zeynalovun öldürülməsi faktı üzrə sənəd də elan edilib. Bildirilib ki, 1990-cı il martın 27-28-də Ermənistandan müxtəlif kalibrli silahlarla Babək rayonunun Gərməçataq kəndinə hücum edilərək 10 ev yandırılıb, Naxçıvan Vilayət Komitəsinin Dövlət hüquq şöbəsinin müdiri Zeynalov Vəli Məmməd oğlu avtomat silahla qətlə yetirilib.
Elan olunan digər sənədə əsasən, 1990-cı il iyulun 11-də Bərdə-İstisu yolunun 93-cü kilometrində Ağdərə rayonunun Qozlukörpü kəndi yaxınlığında 16 ədəd avtomobilin daxil olduğu karvanın avtomat silahlardan atəşə tutulması nəticəsində 3 nəfərin ölüb, 22 nəfər yaralanıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.



Cəbhədən SON XƏBƏR
SON DƏQİQƏ: Mövqelərimiz atəşə tutuldu
SON DƏQİQƏ: Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa atəşə tutuldu
Tovuz və Kəlbəcər atəşə tutuldu
Cəbhədən YENİ XƏBƏR
SON DƏQİQƏ: Dövlət sərhədi boyu mövqelərimiz atəşə tutuldu
Cəbhədən YENİ XƏBƏR
Cəbhədə təxribat: Atəşkəs 38 dəfə pozuldu
Cəbhədən SON XƏBƏR
Ordumuzun mövqeləri atəşə tutuldu
Ermənistan ordusundan növbəti təxribat - Naxçıvanın kəndləri istiqamətində...
Gecə cəbhədə nə baş verdi? - RƏSMİ
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 