Azərbaycanda yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq.
ONN media xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən yeni - 17.3-cü maddədə əksini tapıb.
Layihəyə əsasən dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər), yardımçı və müvəqqəti tikililər, istixanalar və anbar binaları, istehsalat binaları, fərdi yaşayış evləri, Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci maddəsində göstərilən reklam qurğuları və həmin məcəlləsinin 89.1-ci maddədə göstərilən ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektləri istisna olmaqla, digər yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi xarakter daşıyacaq.
Pasportlaşdırma bu qanun qüvvəyə mindikdan sonra yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün məcburi olacaq, istismarda olan binalara şamil olunmayacaq.
Qeyd etmək lazımdır ki, qüvvədə olan Qanunun 17.1.2-ci maddəsində binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları öz əksini tapıb və həmin qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək
Binalarda yaşayanların NƏZƏRİNƏ



Əli Əsədov qərar imzaladı
Baş nazir qərar imzaladı
Yaşayış binaları ilə bağlı yeni qayda: sakinlərə yeni imkan
Ağıllı sayğaclarla bağlı qanun təsdiqləndi
Yeni normalar təsdiqləndi: BUNDAN SONRA...
Azərbaycanda yeni fond yaradıldı
Azərbaycanda bu qanun LƏĞV EDİLİR
Azərbaycanda yaşayış evləri bahalaşıb- Rəsmi
Sökülmüş evlərin sahiblərinə ediləcək güzəştlər - Yeni qanun layihəsi
Evlərin sənədləşdirilməsi niyə yubadılır? - AÇIQLAMA
Milli Məclisin növbəti plenar iclası başladı
Bakının bu rayonunda yaşayış binaları sökülür
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK
Bu ölkə İrana nota verdi 