Daşıyıcılar avtobus parkını yeniləmək üçün bank kreditlərinə müraciət etdikdə, artıq onların qarşısında yeni bir imkan açılacaq - dövlət bu kreditlərə subsidiya və zəmanət dəstəyi göstərəcək.
ONN media xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.
"Bu mexanizm daşıyıcıların maliyyə yükünü xeyli yüngülləşdirəcək və mövcud avtobus parkının mərhələli şəkildə yenilənməsini daha real və əlçatan edəcək", - A.Rzayev bildirib.
Onun sözlərinə görə, əgər daşıyıcının öz vəsaiti ilə parkını yeniləməyə imkanı yoxdursa, bu zaman bank mexanizmlərindən yararlanacaq, dövlət isə həmin kreditlərin bir hissəsini subsidiya edəcək və zəmanət təmin edəcək. Bu addım həm daşıyıcıların fəaliyyətini sabitləşdirəcək, həm də sərnişinlərin daha təhlükəsiz və rahat nəqliyyat xidmətlərindən istifadəsini təmin edəcək.
O əlavə edib ki, şəhərdə ictimai nəqliyyatın inkişafı təkcə sərnişindaşıma xidmətlərinin yaxşılaşdırılması ilə məhdudlaşmır:
"Böyük sayda fərdi avtomobillərin paytaxta daxil olması nəqliyyat axınını çətinləşdirir, tıxaclar yaradır, ümumi hərəkət intensivliyinə və ekoloji tarazlığa mənfi təsir göstərir. Bu səbəbdən beynəlxalq təcrübəyə uyğun olaraq ödənişli hərəkət zonalarının tətbiqi gündəmdədir. Sözügedən modelin məqsədi şəxsi avtomobillərin şəhər mərkəzinə həddindən artıq daxil olmasının qarşısını almaq, ictimai nəqliyyata üstünlük vermək və hərəkət təhlükəsizliyini artırmaqdır
DİQQƏT- Bakıya giriş pullu olacaq



Avtobuslarla bağlı YENİLİK
Avtobuslardakı kart sistemi ilə bağlı şad xəbər
AYNA-ya yeni rəhbər təyin olundu
İstifadəsiz qalmış avtobuslar dövriyyəyə qaytarılacaq
Bu tarixdən Qarabağa müntəzəm avtobus reysləri açılacaq
Bakıya yeni 18 metrlik avtobuslar gətirildi
Bakıdan Gəncəyə gedənlərə şad xəbər!
Bu avtobusdan istifadə edənlər MÜTLƏQ OXUYUN
Bu avtobuslardan istifadə edənlərin nəzərinə
Horadizdən Ağalıya müntəzəm avtobus marşrutu açılacaq
Bu avtobuslardan istifadə edənlərin nəzərinə
Azərbaycanda buna görə taksi qıtlığı olacaq?
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK
Bu ölkə İrana nota verdi 