ictimai nəqliyyatda tariflər 1 oktyabr tarixindən dəyişəcək.
ONN media xəbər verir ki, metroda və müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən edilib.
Qiymət artımı metronu tam əhatə etsə də, avtobus marşrutlarının böyük hissəsini əhatə etməyəcək.
Belə ki, yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.
Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.
Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.
Qiymət artımı hansı avtobuslara şamil edilməyəcək?



Avtobus və metroda gediş haqqı artırıldı
İctimai nəqliyyatda yeni tarif cədvəli açıqlandı
Metro və avtobuslarda qiymətlər bahalaşdı
Bu gündən gediş haqqı qiymətləri artır
SON DƏQİQƏ: Tarif şurası təcili iclas keçirdi
Sumqayıta gedənlərin NƏZƏRİNƏ- Qiymət bahalaşdı
Avtobusların gediş haqqı bahalaşır
Gediş haqqı artırılır
Sərnişin daşıyıcılarına subsidiya belə veriləcək
Əli Əsədov dizellə bağlı MÜHÜM QƏRAR İMZALADI
Gediş haqqının ödənilməsi ilə bağlı YENİLİK
DİQQƏT- Gediş haqqı azaldıldı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK
Bu ölkə İrana nota verdi 