Son günlər ictimaiyyətdə taksi kvotalarının tətbiqi ilə bağlı yanlış məlumatlar yayılmaqdadır. İnsanlar arasında belə bir fikir formalaşıb ki, kvota tətbiqindən sonra sürücülər iş yerlərini itirəcək, eləcə də avtomobillərin buraxılış kartları ləğv olunacaq.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatında deyilir.
Bildirilir ki, bu iddialar reallığı əks etdirmir və əsassızdır. Hazırda Bakı şəhərində taksi fəaliyyəti üçün 35 000 aktiv buraxılış kartı istifadədir. Qeyd edək ki, Nazirlər Kabinetinin taksi nəqliyyat vasitələrinin sayına 25 000 kvotanın tətbiq edilməsi heç bir aktiv buraxılış kartının ləğv olunmasına səbəb olmayacaq.
Buraxılış kartı yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda ləğv oluna bilər. Kvotaya uyğunlaşma "Lisenziyalar və icazələr haqqında" Qanunun müəyyən etdiyi tələblərə uyğun həyata keçiriləcək.
Qeyd edək ki, limit sürücülərin yox, nəqliyyat vasitələrinin sayına tətbiq edilir. Hazırda taksi daşımalarında sürücüyə kifayət qədər tələbat mövcuddur. Taksi fəaliyyəti göstərən sürücülərin təlimləri və hazırlıq işləri davam etdirilir.
Bir nəqliyyat vasitəsi bir neçə sürücü tərəfindən idarə oluna bilər və bu, taksi daşımalarında iş və istirahət rejiminə riayət olunmasına töhfə verir.
Dövlət İmtahan Mərkəzi tərəfindən sürücülərin hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilən imtahanlar da davam edir. İmtahanda uğurlu nəticə əldə etmiş və şəhadətnamə almış şəxslər taksi fəaliyəti ilə məşğul ola biləcəklər
Taksilərlə bağlı daha bir məlumat



Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
Taksi fəaliyyəti üçün buraxılış vəsiqəsinin rüsumu açıqlanıb
Taksi sürücülərinə qarşı reyd keçirildi
Bu yolda sərnişin daşıyanların NƏZƏRİNƏ
1 oktyabrdan taksi proqramları işləməyəcək? - RƏSMİ AÇIQLAMA
Kimlərə taksi fəaliyyəti ilə məşğul olmağa İCAZƏ VERİLMƏYƏCƏK?
Nazirlikdən taksilərdəki dəyişikliklə bağlı açıqlama
Taksi sürücülərinin NƏZƏRİNƏ
Taksilərlə bağlı yeni dövlət rüsumları olacaq
Taksilərlə bağlı daha bir YENİLİK
Sabahdan bu qadağa qüvvəyə minir
Taksi sürücülərinin NƏZƏRİNƏ- Mütləq oxuyun
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK
Bu ölkə İrana nota verdi 