Ötən illər ərzində bir neçə nəfər Bakı Metropoliteninin stansiyalarında relslərin üzərinə yıxıldıqdan sonra mühafizənin gücləndiyinə şahid olduq. Xüsusilə səhər saatlarında bir yox, iki nəzarətçinin sıxlığı tənzimləməsi artıq öyrəşdiyimiz reallıqdır. Niyyət yaxşı olsa da, rəftarla bağlı eyni fikri səsləndirmək çətindir. Nəzarətçilər bəzən hərbi ilə vətəndaş rəftarını qarışdırırlar, sərnişinlərin üzərinə qışqırırlar.
Bəs bu qədər qəliz və məsuliyyət tələb edən bir variant yerinə beynəlxalq praktikadan nümunə götürmək mümkün deyilmi?
Məsələn, bəzi ölkələrdə "platforma təhlükəsizlik qapısı" praktikasına rast gələ bilərik. Belə ki, şüşə arakəsmələr həm sərnişinlərin növbə sistemini tənzimləyir, həm də təhlükəsizliyin təmin olunması üçün istifadə olunur. Sərnişinlər daxil olarkən, sadəcə, qatarın qapı hissəsi açılır və platformada qəza riski sıfıra enir.
Qiymət artımı fonunda sözügedən praktikanı Azərbaycanda reallaşdırmaq mümkündürmü?
Platformalarda təhlükəsizliyin artırılması istiqamətində "platforma təhlükəsizlik qapıları" kimi texniki həllərin tətbiqi nəzərdən keçirilirmi?
Yaxın gələcəkdə metronun modernləşdirilməsi çərçivəsində platformalarda təhlükəsizliyin gücləndirilməsi üçün yeni layihələr nəzərdə tutulurmu?
ONN media xəbər verir ki, Bakı Metropoliteni QSC-dən Oxu.az-a açıqlamada təhlükəsizliklə bağlı bütün məsələlərin, o cümlədən platforma təhlükəsizlik qapılarının tətbiqi imkanlarının diqqət mərkəzində saxlanıldığı bildirilib.
Qeyd olunub ki, məsələnin vacibliyi, sadəcə, qeyd edilən qapıların quraşdırılması ilə yekunlaşmır:
"Platforma qapılarının quraşdırılması üçün bir sıra əhəmiyyətli texniki tələblərə əməl edilməsi vacibdir. Bunun üçün platformaaltı səviyyə inşaatın norma və qaydalarına əsasən gücləndirilməli, ən əsası - stansiyalarda və istisnasız olaraq bütün qatarlarda qapıların sinxron və maneəsiz açılmasını təmin edən müvafiq sistemlər quraşdırılmalıdır. Lakin nəzərə alınmalı olan kifayət qədər vacib məqam tunellərdə və stansiyalarda texniki infrastruktur, hərəkətin təşkili, konstruktiv və normativ dəyişikliklər, mövcud texnoloji proseslərin yenilənməsi və müvafiq digər məsələlərdir".
"Metropolitendə təhlükəsizlik ən mühüm vəzifə olduğundan bununla bağlı prioritetlərin nəzərə alınması, əsaslandırılmış zəruri səbəblər, mövcud infrastruktura təsirləri və digər uyğun tədbirlər mütləq olaraq diqqətdə saxlanılaraq həyata keçirilməsinə üstünlük verilir", - deyə qeyd olunub.
Bakı metrosunda şüşə arakəsmələr quraşdırılacaq?



“Bakı Metropoliteni”ndə bu qaydalar tətbiq ediləcək - SİYAHI
Bakı metrosunda sıxlıq: Sərnişinlərin ödənişi qəbul edilmədi
Bakı metrosundan istifadə edəcək sərnişinlərin nəzərinə - BU TƏLƏBLƏR OLACAQ
Metroda yaranan sıxlıqla bağlı rəsmi açıqlama
Metropoliten qatarlarda kondisionerləri niyə söndürüb?
Bakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMA
Bakı metrosunda problem: sərnişinlər düşürüldü
Bakı metrosu sabah 1 saat artıq işləyəcək
Bakı bu gün: nə maska taxan, nə məsafə...
Bakı metrosundan istifadə ilə bağlı yeni qaydalar qoyulacaq
Metro rəsmisindən pik vaxtda 7 dəqiqəlik gecikməyə CAVAB
Taksilərdə yeni aparatlar quraşdırılıb
Venesuelada zəlzələ qurbanlarının sayı 1719-a çatıb
Yeni peşə təhsili ixtisasları yaradıldı
“Qarabağ” 1 milyona müdafiəçi alır
Bu şəxslərə 3 il müavinət ödəniləcək
İyulun ilk günü hava necə olacaq?
Bu müəllimlər sertifikasiyaya cəlb EDİLMƏYƏCƏK
Bu yollarda asfalt örtüyü YENİLƏNƏCƏK
Milli Məclisin növbəti iclası başladı
Sabahdan bəzi lampaların satışı qadağan edilir
Qarpızın zərərləri nələr ola bilər?
DÇ-2026: 1/16 final mərhələsinin növbəti oyunları...
Neftin bu günə olan qiyməti
Bakının 2 rayonunda işıq olmayacaq
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayır
Nazirdən QƏRAR: Məktəblərdə dərs vaxtı telefondan istifadə QADAĞAN EDİLDİ 