"Bakı Metropoliteni" QSC bir sıra stansiyalarda iş günlərində gur saatlarda qeydə alınan sıxlıqla bağlı məlumat yayıb.
ONN media xəbər verir ki, QSC-dən daxil olan məlumatda qeyd olunub:
"Məlumdur ki, iş günlərində gur saatlarda Bakı Metropoliteninin bir sıra stansiyalarında xüsusi sıxlıq müşahidə olunur. Bu müddətdə həmin stansiyalarda gücləndirilmiş nəzarət mexanizmləri tətbiq edilir. Bu, stansiyalarda sərnişinlərin hərəkət təhlükəsizliyini təmin etmək, xüsusən platforma səviyyəsində ifrat yüklənmənin qarşısını almaq məqsədilə atılan addımdır.
Bu gün axşam gur saatı vaxtı "28 May" stansiyasında enişə işləyən eskalatorun dayandırılması zərurəti yaranıb. Əsas səbəb yuxarı doğru hərəkət edən eskalatorlardan birinin dayanması olub. Platforma səviyyəsində sıxlığın ifrat həddə çatmasının qarşısını almaq üçün, metropolitendə təhlükəsizlik qaydalarının tələbinə uyğun olaraq, enişə işləyən eskalator da dayandırılıb.
Üzü yuxarı hərəkət edən eskalatorun dayanmasının səbəbi sərnişin müdaxiləsi olduğu müəyyən edilib və təxminən bir dəqiqə ərzində eskalator yenidən işə salınıb. Bu stansiyada müasir tipli eskalatorlar tətbiq olunur. Onların idarəetmə panelində dayanma səbəbi də göstərilir. Məhz təhlükəsizlik açarından istifadə olunması göstərildiyindən daha uzun müddət çəkən texniki baxışa ehtiyac olmayıb.
Təxminən üç dəqiqəyə yaxın müddət ərzində platforma səviyyəsində sərnişinlərin qismən azalması müşahidə olunduğunda enişə hərəkət edən eskalator da qoşulub.
Ümumiyyətlə, bu stansiyada baş vermiş hadisə bir daha əyani göstərir ki, ani ehtiyatsızlıq və ya diqqətsizlik sərnişinlərin təhlükəsizliyinə xələl gətirə, hərəkətin normal təşkilinə maneə ola bilər. Bu səbəbdən sərnişinlərdən nəinki stansiya yolunda qatar gözləyərkən və vaqonlara minib-düşərkən, bütün zonalarda, o cümlədən eskalatorlarda ehtiyatlı və diqqətli olmalarını rica edirik.
İstifadə qaydaları,ilk növbədə, hər bir sərnişinin təhlükəsizliyi üçündür. Onlara əməl edək



Bakı Metropoliteni stansiyalara nəzarəti gücləndirdi
Bakı Metropoliteni yay qrafikinə keçir
Bakı metrosunun iş qrafikində yenilik olub
Metroda qatarların intervalı 2 dəqiqəyə endirildi
Metro 2 gün gücləndirilmiş rejimdə işləyəcək
Bakı metrosu sabah 1 saat artıq işləyəcək
Metro saat 04:00-a qədər işləyəcək - Səbəb?
Bu tarixdən metroda qrafik dəyişir
"Sahil" stansiyasında eskalatorun dayanma səbəbi məlum oldu
Bakı metrosunda HƏYƏCANLI ANLAR
Həftəsonu Bakı metrosu hansı qrafikdə işləyəcək?
Bakı metrosunda SIXLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 