“Bakı Metropoliteni” QSC sərnişinlərə dair tələblər açıqlanıb. QSC-dən bildirilib ki, “ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı Metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir. Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar. Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan müvafiq qaydada istifadə etməsi və sərnişinlərin hərarəti seçimli şəkildə tibbi avadanlıq vasitəsilə yoxlanılacaq. Seçmə qaydada yoxlama zamanı yüksək hərarəti olan sərnişinlər metropoliten ərazisinə buraxılmayacaqlar. Sosial məsafənin qorunmasını, tibbi maskadan istifadəni, sanitar-gigiyenik qaydalara riayət olunmasını təmin etmək məqsədilə sərnişinlərin audio, vizual, statistik məlumatlandırması üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlara məlumatlandırıcı işarələr yapışdırılacaq, zərurət yarandığı halda sərnişinlərin rabitə vasitələri və səsucaldanlarla məlumatlandırılması təmin olunacaq. Bakı Metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün şərait yaradılacaq. Sərnişinlərin sosial məsafəni qoruması və metropolitenə təhlükəsiz və nizamlı daxil olmasını təmin etmək məqsədilə istiqamətləndiricilərin qoyulması və digər profilaktik, tənzimləyici tədbirlər istisna olunmur.
Bakı metrosundan istifadə edəcək sərnişinlərin nəzərinə - BU TƏLƏBLƏR OLACAQ



“Bakı Metropoliteni”ndə bu qaydalar tətbiq ediləcək - SİYAHI
Bakı metrosu bu vaxt aralığında işləyəcək
Bakı metrosunda təhlükəsizlik tədbirləri gücləndirildi
Bakıda reyd: Avtobus sürücülərinə xəbərdarlıq edildi
Maska taxmayanlar avtobusdan düşürüldü
Bakı metrosunun stansiyaları açıldı - BU MƏQSƏDLƏ
Bakı Polisindən sərnişinlərə XƏBƏRDARLIQ
DİN metro sərnişinlərinə növbəti dəfə xəbərdarlıq etdi
Bakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMA
DİN-dən əhaliyə daha bir xəbərdarlıq
Bakı metrosu fəaliyyətini bərpa edib
Bakıda daha bir qadağa QÜVVƏYƏ MİNDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 