Yay aylarında kondisionerlər insanların isti havadan qorunması üçün ən çox istifadə olunan vasitələrdən biridir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cihazlardan düzgün istifadə olunmaması sağlamlıq üçün ciddi təhlükələr yarada bilər.
ONN media xəbər verir ki, həkim Denis Prokofyevin sözlərinə görə, əsas risk soyuq havanın özündən deyil, insan orqanizminin kəskin temperatur fərqlərinə məruz qalmasından qaynaqlanır.
Həkim bildirib ki, isti havadan birbaşa güclü və soyuq hava axınının altına düşmək əzələlərin spazmına səbəb ola bilər. Bu isə boyun, onurğa və döş qəfəsi nahiyəsində ağrılarla müşayiət olunan müxtəlif problemlərin yaranmasına gətirib çıxarır.
Mütəxəssis qeyd edib ki, kondisionerin yaratdığı soyuqluq bəzi hallarda üz və üçlü sinirin iltihabına da səbəb ola bilər. Onun sözlərinə görə, belə xəstəliklərin müalicəsi uzunmüddətli və ağrılı prosesdir.
Prokofyev vurğulayıb ki, həddindən artıq soyuma immun sisteminə də mənfi təsir göstərir. Nəticədə orqanizm virus və infeksiyalara qarşı daha həssas olur.
Həkimin diqqət çəkdiyi digər mühüm məqam isə kondisionerlərin texniki baxımı ilə bağlıdır. O bildirib ki, vaxtında təmizlənməyən və qulluq göstərilməyən sistemlərdə kif göbələkləri çoxala bilər. Bu mikroorqanizmlər cihaz işə salındıqda havaya yayılır və tənəffüs yollarına düşərək ciddi ağciyər xəstəliklərinə səbəb ola bilər.
Mütəxəssis mümkün olduqda otaqların təbii şəkildə havalandırılmasını və havanın nəmləndirilməsini tövsiyə edir. Kondisionerdən istifadə zəruridirsə, otaqla küçə arasındakı temperatur fərqinin 10 dərəcədən artıq olmaması məsləhət görülür.
Həkimin sözlərinə görə, sağlamlıq baxımından ən təhlükəsiz temperatur rejimi təxminən 23 dərəcə hesab olunur.



Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
Prezident İlham Əliyev "İnterfaks"a müsahibə verdi - TAM MƏTN
Necə edək ki, sərinləyək, amma xəstələnməyək?
Prezident və xanımı Xətaidə modul tipli hospitalın açılışında iştirak ediblər
Prezident İlham Əliyev “BBC News”a müsahibə verib
Sonu yoxdu çevrilməsən TURANA, VƏTƏN ! - Məlahət İSMAYILQIZI yazır
Prezident “Əl-Ərəbiyyə”yə müsahibə verdi
Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı - MÜSAHİBƏ
Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdü
İlham Əliyev Yaponiya qəzetinə müsahibə verdi -YENİLƏNDİ
Kondisioner xəstə edir? - Yayda düzgün istifadə qaydaları açıqlanır
Xocalıda 85 ev təmir olunacaq: 4 milyonluq LAYİHƏ
Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
İranda bu hava limanları bağlanır
Maaş və sosial ödənişlərdə artım olacaq?
Sabah yağış yağacaq
Naxçıvana uçuşlar ləğv edildi
FHN-dən yağışlı hava ilə bağlı əhaliyə müraciət
Binəqədi sakinlərinin NƏZƏRİNƏ
Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq
Türkiyəyə 200 kq ağırlığında dron düşdü
Ronaldo Messi ilə bağlı sualı cavablandırmaqdan imtina etdi
Yayda bol pomidor yeyin – Xərçəngdən qoruyur
Qalibaf Azərbaycanda səfərdədir 