"Alpine Development" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 400 min manatlıq bank hesabına məhdudiyyət qoyulub.
ONN media Qaynarinfo.az-a istinadla xəbər verir ki, şirkət Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən "Sea Breeze” kurort və yaşayış kompleksində "Port d’Azur” yaşayış layihəsinin tikintisini həyata keçirir.
Məlumata əsasən, "Alpine Development” MMC tikinti xidmətlərinin göstərilməsi üçün "SB Development” MMC ilə 460 min 632 manat 22 qəpiklik podrat müqaviləsi bağlayıb. Müqaviləyə görə, həmin məbləğin 15 gün ərzində ödənilməsi nəzərdə tutulsa da, şirkət qarşı tərəfə cəmi 65 min 966 manat 9 qəpik köçürüb.
Qalan məbləği ala bilməyən "SB Development” MMC məhkəməyə müraciət edib. Məhkəmədə qeyd edilib ki, hazırda "Alpine Development” MMC-də təsisçi və rəhbərlik dəyişikliyi prosesi gedir. Bu vəziyyət görülmüş işlərin dəyərinin ödənilməməsi riskini artırır və iddiaçı şirkətin ciddi maliyyə itkiləri ilə üzləşə biləcəyi vurğulanıb.
Məhkəmənin hökmü ilə cavabdeh MMC-yə məxsus bank hesablarında olan 394.666,13 manatın (əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan əsas borc tələbi həcmində) üzərinə həbs qoyulub.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan "Alpine Development” MMC-nin qanuni təmsilçisi Pərviz Şükürovdur. Nizamnamə kapitalı 100 manat təşkil edən "SB Development” MMC-nin qanuni təmsilçisi isə İlya Kapitulskiydir.



Baş dəmiryolçunun şərq-qərb dəhlizi boyunca uzanan biznesi - İLGİNC FAKTLAR
SON DƏQİQƏ: Prezident əfv sərəncamı imzaladı
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
Bu şəxslərə bank kreditləri üzrə dövlət dəstəyi veriləcək - YENİ QƏRAR
Bu ərazilərimiz işğaldan azad edilib - TAM SİYAHI
Azərbaycanda qaz və işıq bahalaşdı
Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdü
Prezident və xanımı Xətaidə modul tipli hospitalın açılışında iştirak ediblər
Prezidentdən ƏFV FƏRMANI -Adlar (Siyahı)
Əliyev və Ərdoğan TANAP-ın açılışında
İlham Əliyev beynəlxalq sərgidə - Foto
Prezident bu ölkədəki səfirimizi geri çağırdı
Bakıya səhərə kimi leysan yağacaq – Xəbərdarlıq
Bakıda tələbələrin məzun gecəsi son anda ləğv edildi
Sabah Bakıya yağış yağacaq
Azərbaycan Venesuelaya başsağlığı verdi
Bu gəmilər vurulacaq! - SEPAH-dan xəbərdarlıq
Mərkəzi Bank kredit götürmək QAYDALARINI DƏYİŞİR
İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi
Kartlardan vəsaitlərin silinməsi ilə bağlı açıqlama
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
DÇ-2026: Türkiyə son oyununa çıxır
Bu qəsəbə və kəndlərə növbəti köç karvanı yola salındı
Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü
Neft kəskin ucuzlaşdı 