ONN media xəbər verir ki, Türk dünyasının tarixi, etnogenezi və dövlətçilik ənənələri ilə bağlı araşdırmaları ilə tanınan yazıçı və tədqiqatçı Yunus Oğuzun "Türk Etnonimi ve Töreleri" adlı kitabı Türkiyə oxucularının ixtiyarına verilib.
Bilgə Tonyukuk Yayınları tərəfindən nəşr olunan kitabda müəllif türk etnoniminin mənşəyi, türk xalqının formalaşması və qədim tarixinin müxtəlif aspektlərini araşdırır. Əsərdə qeyd olunur ki, bu gün türklərin harada meydana gəlməsi və inkişaf etməsi ilə bağlı iki əsas nəzəriyyə mövcuddur. Müəllif xüsusilə XIX əsrdən etibarən formalaşmış və uzun illər əsas elmi yanaşma kimi təqdim edilən nəzəriyyəyə fərqli münasibət sərgiləyir.
Kitabda bildirilir ki, keçmiş Çar Rusiyası və daha sonra Sovet İttifaqının siyasi təsiri nəticəsində türklərin ana vətəninin yalnız Orta Asiya olduğu barədə yanaşma geniş yayılıb. Müəllif bu nəzəriyyənin siyasi amillərin təsiri altında ön plana çəkildiyini vurğulayaraq, türk tarixinin daha geniş coğrafi və tarixi kontekstdə araşdırılmasının vacibliyini önə çəkir.
Yunus Oğuz əsərdə türklərin etnik kimliyi, qədim adət-ənənələri, dövlətçilik və töre sistemi ilə bağlı müxtəlif mənbələrə istinad edir, oxuculara alternativ elmi baxış təqdim etməyə çalışır.
"Türk Etnonimi ve Töreleri" kitabı türk tarixini, etnologiyasını və mədəni irsini araşdıran tədqiqatçılar, tarixçilər, tələbələr və türk dünyasının keçmişi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.



Azərbaycan ədəbiyyatı tarixində Yunus Oğuz missiyası
Bir sıra hərbi qulluqçular “Vətən uğrunda” medalı ilə təltif edildi - SƏRƏNCAM
"Uçurum"dan uçuruma baxış... Yunus Oğuzun "Uçurum" romanının təqdimatı keçirilib
Çağdaş mübarizəmiz haqqında böyük dastan – “Ovçu” romanı
Azərbaycan-Gürcü xalqlarının dostluq əlaqələrinə qarşı məkrli düşmənin yeni təxribat siyasəti-professor Əjdər Tağoğlu yazır
Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
Min illik Azərbaycan tarixini romanlarında yaşadan yazıçı- Yunus Oğuz
Azərbaycan dövlətçiliyinin tarixi ÜMUMTÜRK KONTEKSTİNDƏ - Sayalı Sadıqova Əjdər Tağıoğlundan yazdı
Hayların Ön Qafqazda rus imperiya tarixi - "Arsak/Artsax" toponiminin etnomənsubiyyəti
YUNUS OĞUZ – 60- Dövlət, Millət və Dost fədaisi
Yunus Oğuzun “Ovçu” romanı Aprel döyüşlərinin tarixidir
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
İyulun 12-də imtahan verəcək abituriyentlərin DİQQƏTİNƏ!
Valideynlərin DİQQƏTİNƏ: Bağçalara qəbul üçün qeydiyyat başlayır
Bakıda 35 dərəcə isti olacaq - HAVA PROQNOZU
Arzum məhkəmə zalında həbs edildi - 5 il 2 ay cəza kəsildi
Naxçıvanın bir kəndində qaz kəsiləcək
Nail Kəmərli Speys TV-də yeni veriliş aparacaq
DSX-də ard-arda ölümlər - Nə baş verir?
Təkrar sertifikasiyadan kəsilən müəllimlərin nəzərinə!
Neft yenidən ucuzlaşdı
DÇ-2026: İspaniya və Portuqaliyanın çətin sınağı...
Yaşayış kompleksində yanğın: maşınlara ziyan dəydi
Günün qoroskopu: Bu qərarı icra edə bilərsiniz
Sülhə nail olunub- İlham Əliyev
Leyen Azərbaycanda səfərdədir: Bayramov qarşıladı 