ONN İnformasiya Agentliyi

Sülhə nail olunub- İlham Əliyev

Sülhə nail olunub- İlham Əliyev
Dünən, 18:30
Azərbaycan üçün sülh artıq reallıqdır.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Bakıda Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenlə mətbuata bəyanatla çıxış edərkən bildirib.
O qeyd edib ki, Ursula Fon der Leyenlə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması proseslərindən söhbət ediblər:
"Faktiki olaraq sülhə nail olunub. Biz artıq bunun xeyrini görürük. Biz sülhün kağız üzərində olmadığını nümayiş etdirmək üçün bir sıra birtərəfli addımlar atdıq".
Prezident xatırladıb ki, Azərbaycan öz ərazisindən Ermənistana malların göndərilməsi üçün bütün məhdudiyyətləri aradan qaldırdı. İlham Əliyev vurğulayıb ki, Azərbaycan Ermənistana neft məhsulları, o cümlədən benzinin ixracına başlayıb:
"Bir sözlə biz nümayiş etdiririk ki, bizim üçün sülh artıq reallıqdır. Biz sülh şəraitində yaşamağı öyrənirik, çünki biz 30 il ərzində işğal altında yaşamışıq. Biz sülhü gücləndirmək üçün əlimizdən gələni etməliyik ki, o əbədi sülh olsun"
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png