ONN İnformasiya Agentliyi

Beynəlxalq Yay Məktəbinin iştirakçıları Gənclər Evi ilə tanış olublar

Beynəlxalq Yay Məktəbinin iştirakçıları Gənclər Evi ilə tanış olublar
19-07-2018, 17:07


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən “Davamlı inkişaf hədəfləri” 1-ci Beynəlxalq Yay Məktəbinin iştirakçıları Gəncə Gənclər Evi sosial xidmət müəssisəsi ilə tanış olublar.

Kənd Təsərrüfatı Nazirliyindən ONN media -ya verilən məlumata görə, qonaqları müəssisənin direktor müavini Şəhriyar Hacıyev, Gəncə şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Xəyalə Qurbanova, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin icraçı direktoru Hüseynxan Hacızadə salamlayaraq, onları Gənclər Evinin inzibati binası ilə tanış ediblər. Qonaqlara müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün iclas zalları, hərbi vətənpərvərlik, karyera mərkəzləri, studiyalar haqqında geniş məlumat verilib. Tanışlıq zamanı gənclər siyasəti sahəsində görülən işlər və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr barədə təqdimatlar olub.

Gənclər Evində gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şərait, müxtəlif təyinatlı otaqlar qonaqlarda böyük təəssürat yaradıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png