ONN media xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin fəal gəncləri ilə görüşüb. Görüşdə millət vəkilləri Pərvin Kərimzadə və Naqif Həmzəyev, şəhər Gənclər və İdman Baş idarəsinin sədri Müşfiq Cəfərov, həmçinin şəhər ziyalıları və şəhərin ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak ediblər.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, Gəncənin ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açıb. Ölkəmizdə gənclər siyasətin əsası müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyevin uğurlu siyasəti ilə davam etdirilir. Niyazi Bayramov qeyd edib ki, gənclər öz potensiallarından cəmiyyətin inkişafı üçün istifadə etməlidirlər.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin sədri Müşfiq Cəfərov çıxışı zamanı bidirib ki, hazırda şəhərdə olan gənclərin sayı 93.808 nəfərdir. Bu isə şəhər əhalisinin 31 faizini təşkil edir. İlin əvvəlindən gənclərin iştirakı ilə 100-ə yaxın tədbir və layihə həyata keçirilib ki, bu tədbirlərdə də 15 minə yaxın gənc və yeniyetmə iştirak edib. Qeyd olunan dövrdə şəhərdə 6 mindən çox idmançının iştirakı ilə 41 idman yarışı reallaşdırılıb.
Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə tələbə-gənclərin fikirləri dinlənilib, gəncləri maraqlandıran suallar cavablandırılıb. Bununla yanaşı gənclərin fəallığını ölçmək, fəal və savadlı gəncləri üzə çıxarmaq üçün auditoriyaya müəyyən suallar da ünvanlanıb. Gənclərin asudə vaxtının səmərəli təşkili, icra olunan faydalı və maraqlı layihələr ətrafında söhbətlər aparılıb, gənclərin fikir və təklifləri dinlənilib.
Tədbirdə gənclərlə yanaşı bəzi idarə, müəssisə rəhbərləri, həmçinin ziyalılar çıxış edib, gənclər və ümumi şəhər üçün faydalı ola biləcək təkliflər səsləndiirblər.
Bütün çıxış və təklifləri diqqətlə dinləyən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, təqdim olunan layihələrin dəyərləndiriləcəyini bildirib. Şəhər rəhbəri gənclərə öz tövsiyyələrini verərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.



Gəncədə 2 fevral – Gənclər Günü qeyd edilib
Niyazi Bayramova “Şərəf və ləyaqət” ordeni təqdim olunub
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Belçikanın Gent şəhərində olub
Gəncə “Avropanın İdman Şəhəri” titulunun rəsmi bayrağını təhvil alıb
Niyazi Bayramov sakinlərlə görüşüb
Gəncə İH-də kadr dəyişikliyi
Daha bir məmur işdən çıxarıldı
Niyazi Bayramov sakinlərlə görüşüb
Niyazi Bayramov şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb
Gəncədə şəhidlərin xatirəsi anıldı
Prezidentdən Elmar Vəliyevlə bağlı MÜHÜM SƏRƏNCAM
Niyazi Bayramov VII Qlobal Bakı Forumda iştirak edir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 