Ekologiya və Təbii Sərvətlər naziri BMT-nin İnkişaf Proqramının nümayəndəsini qəbul edib
Nazirlikdən ONN media -ya verilən məlumata görə, 24 oktyabr 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə BMT-nin İnkişaf Proqramının Regional Direktorunun səlahiyyətlərini icra edən Rastislav Vrbenski arasında tanışlıq görüşü keçirilib.
Görüş zamanı gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.