ONN İnformasiya Agentliyi

“Araz” supermarketlər şəbəkəsindən növbəti fırıldaq — DİQQƏTLİ OLUN!

“Araz” supermarketlər şəbəkəsindən növbəti fırıldaq — DİQQƏTLİ OLUN!
13 Avqust 2019 - 23:08
“Araz” Supermarketlər Şəbəkəsində məhsulun vitrindəki qiyməti ilə kassadakı qiyməti arasında fərq varmış.

ONN media xəbər verir ki, bu barədə tanınmış televiziya operatoru Ramin Şahbazov sosial şəbəkədə yazıb:

“”Araz” supermarketin qiymət firıldağı, vitrində 1.79 azn-ə olan “Slavyanka Boyaruska” şirniyyatı, kassada 2.39 azn-ə hesablanır. Məsələ ilə bağlı etirazımı bildirəndə, cavabları belə oldu ki, istəmirsənsə məhsulu geri qaytar”.

Qeyd edək ki, tanınmış jurnalist Səbuhi Məmmədli bir neçə gün öncə sözügedən marketlər şəbəkəsinin kiflənmiş pendir satmasıyla bağlı sosial şəbəkədə paylaşım etmişdi. Həmin vaxt kiflənmiş pendirə görə S.Məmmədlidən üzr istənilmişdi.(ölkə.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png