ONN İnformasiya Agentliyi

Azərbaycanda bu maşınlar ucuzlaşıb

Azərbaycanda bu maşınlar ucuzlaşıb
27 Yanvar 2022 - 12:22

Azərbaycanda işlənməmiş hibrid avtomobillərinin qiymətlərində 10 faizə yaxın azalma qeydə alınıb.

ONN media xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məlumat yayıb.


Mərkəzin apardığı monitorinqlərə əsasən, yanvarın ayının ilk 20 günündə bir sıra sektorlarda qiymət artımları davam edib. Belə ki, avtomobil bazarında ili nisbətən köhnə olan avtomobillərin qiyməti 8 faizə yaxın bahalaşıb. Bunlar daha çox istehsal ili 7 ildən çox olan, amma 12 ildən az olan avtombillərə aiddir.

İşlənməmiş avtomobillərin qiymətində artım qeydə alınmayıb. İşlənməmiş hibrid avtomobillərinin qiymətlərində isə 10 faizə yaxın azalma qeydə alınıb. Hələlik avtomobil bazarında tələb çox olmaması səbəbindən durğunluq müşahidə olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png