ONN İnformasiya Agentliyi

Bakıda icra hakimiyyəti dezinfeksiya üçün pul alır? – AÇIQLAMA

Bakıda icra hakimiyyəti dezinfeksiya üçün pul alır? – AÇIQLAMA
25 Mart 2020 - 18:03
“Suraxanı Rayon İcra Hakimiyyəti dezinfeksiya xidməti aparmaq üçün pul tələb edə bilməz. Bu məlumatlar əsassızdır”.

ONN media xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə icra strukturları və bələdiyyə əməkdaşlarının Qaraçuxur qəsəbəsindəki özəl obyektdən dezinfeksiya xidməti göstərdiyinə görə pul tələb etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Məlumata görə, rayon icra hakimiyyəti strukturları özəl obyektlərdə dezinfeksiya fəaliyyəti ilə məşğul deyil:

“Bu gün Bakı şəhərində bir çox özəl və ya təsərrüfat hesablı müəssisələr var ki, onlar dezinfeksiya sahəsində pullu xidmət göstərirlər. Bu, yalnız özəl obyektləri əhatə edir.

Qeyd edilən fakt tərəfimizdən araşdırılıb və məlum olub ki, insident baş verən ərazidə əsasnaməsinə uyğun olaraq pullu xidmətlər göstərən Aqrar Xidmətlər Agentliyinin Baytarlıq İdarəsinin Suraxanı rayon sahəsinin əməkdaşları olublar.

Bildiririk ki, rayon icra hakimiyyəti strukturları dövlətin balansında olan binaların, onların giriş bloklarının, liftlərin, həyətlərin, park və küçələrin dezinfeksiyası ilə məşğuldur və bunun müqabilində heç bir ödəniş tələb edilə bilməz”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png