ONN İnformasiya Agentliyi

Bu namizədlərin adının üstündən xətt çəkiləcək – Məzahir Pənahov

Bu namizədlərin adının üstündən xətt çəkiləcək – Məzahir Pənahov
27 Yanvar 2020 - 11:22

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində namizədliyini geri götürən şəxslərin seçki bülletenlərində adının üstündən xətt çəkiləcək.

ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, imkan olduğu halda namizədin adı bülletendən çıxarılacaq.

M.Pənahov bildirib ki, əgər namizədin adı seçki bülletenindən çıxarılmasa, yerlərdə Seçki Məcəlləsinin tələbinə görə, namizədin adının üstündən xətt çəkiləcək: “Biz hər zaman çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adları heç seçki bülleteninə düşməsin”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png