ONN İnformasiya Agentliyi

Çin Azərbaycana tibbi yardım göndərdi

Çin Azərbaycana tibbi yardım göndərdi
12 Aprel 2020 - 20:16

Çin Xalq Respublikasının Mienyen şəhəri COVID–19 pandemiyası ilə mübarizə çərçivəsində Sumqayıt şəhərinə tibbi humanitar yardım göndərib.

ONN media xəbər verir ki, humanitar yardıma xüsusi qoruyucu vasitələr daxildir.

Mienyen şəhərindən göndərilən tibbi ləvazimatlar bu gün Azərbaycan Hava Yollarının Karqo Terminalına çatıb. Tibbi ləvazimatlar dezinfeksiya olunduqdan sonra Sumqayıt şəhərinə gətirilib.

Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasında humanitar yardım qəbul olunub. Tibbi ləvazimatlar şəhərdəki tibb müəssisələrinə paylanılacaq və koronavirusla mübarizədə istifadə olunacaq.

Xatırladaq ki, fevralın 8-də Sumqayıtdan Çinin Mienyen və Sian şəhərlərinə humanitar yardım göndərilmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png