ONN İnformasiya Agentliyi

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş
18 Aprel 2024 - 16:55

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub.

“Azad Azərbaycan” Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub.

“Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar”, – deyə bildirilib.

Qeyd edək ki, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü Səma və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su mühərrikinin yanında istirahət edirlərmiş. Bu zaman altı yaşlı Səma suya yıxılıb. Atası qızını xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png