ONN İnformasiya Agentliyi

Nazirlikdən Rasim Balayev açıqlaması…

Nazirlikdən Rasim Balayev açıqlaması…
18 Noyabr 2017 - 11:29
Xalq artisti Rasim Balayevin xəstəliyi ilə əlaqədar dərman ala bilməməsinə Səhiyyə Nazirliyi münasibət bildirib.
ONN media xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Musavat.com-a açıqlamasında xalq artistinin dövlət xəstəxanalarının xidmətlərindən pulsuz istifadə etmək hüququna malik olduğunu bildirib:
“İstənilən vətəndaş, o cümlədən də xalq artisti Rasim Balayev kimi tanınmış şəxslər dövlət xəstəxanalarında pulsuz tibbi xidmətdən istifadə hüququna malikdir”.
Xatırladaq ki, R.Balayevin xəstəliyi ilə əlaqədar ehtiyac duyduğu dərmanları ala bilməməsinə görə deputat Zeynəb Xanlarova Milli Məclisin növbəti iclasında çıxış etmişdi. O, xalq artisti ilə dövlət səviyyəsində məşğul olunmasını xahiş edib, Səhiyyə və Mədəniyyət və Turizm Nanirliklərinə müraciət etmişdi.
Sitat: “Mən millətin adından xahiş edirəm, Rasimsevərlərin adından xahiş edirəm, onunla bir məşğul olsunlar. Onun aldığı pul nədir ki, bu qədər dərmana versin? Xahiş edirəm, Oqtay müəllim, siz də, biz də Rasim Balayevə dəstək olaq”.
Milli Məclisin spikeri Oqtay Əsədov isə “Sağ olun, maraqlanarıq, görək, nə məsələdir” deyə Z.xanlarovanın çıxışına reaksiya verib.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov isə açıqlamasında məsələ ilə bağlı araşdırma aparılacağını bildirib.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png