ONN media

Qaxda yol polisi sürücülərə və sərnişinlərə su paylayıb

Qaxda yol polisi sürücülərə və sərnişinlərə su paylayıb
25 Avqust 2019 - 11:09

Qax rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları havaların isti keçməsi ilə əlaqədar olaraq yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin iş və istirahət rejiminə, eləcə də, onların sağlamlığına nəzarəti gücləndirib.

ONN media xəbər verir ki, rayonun bir neçə yerində müvəqqəti postlar yaradılıb.

Günün qızmar vaxtlarında avtomobil, xüsusən avtobus və mikroavtobus idarə edən sürücülər saxlanılaraq, onların istirahət etməsinə şərait yaradılıb. Yol polisi əməkdaşları sürücülərə və nəqliyyat vasitəsində olan sərnişinlərə sərin sular paylayıb, onların səhhətləri ilə maraqlanıblar. İsti havanın təsirindən özünü halsız hiss edənlər, səhhətində problem olanlar elə yerindəcə həkim nəzarətindən keçirilib, onlara tibbi yardım göstərilib. DYPB-nin əməkdaşları isti havalarda sürücülərə yollarda diqqətli olmalarını, hərəkəti birdəfəlik deyil, fasilələrlə davam etdirməyi məsləhət görüblər. Bunun həm onların, həm də sərnişinlərin həyatı üçün vacib olduğu bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png