ONN İnformasiya Agentliyi

Xətai rayonunda kitab bayramı keçirilir

Xətai rayonunda kitab bayramı keçirilir
23 May 2018 - 13:47

Mayın 23-də Xətai rayonundakı Heydər Əliyev Parkında Ulu Öndərin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr edilən kitab sərgi-yarmarkaları təşkil olunub.

ONN media xəbər verir ki, sərgi-yarmarkalar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti və Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə reallaşıb.

Rayon icra hakimiyyətinin şöbə müdiri Pənah İmanov və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.

Bildirilib ki, ənənəvi olaraq hər il keçirilən sərgi-yarmarkaların əsas məqsədi müasir texnologiyaların və informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağının artırılması, maarifləndirilməsi və kitabların təbliğinə nail olmaqdır. Builki sərgi-yarmarkada 30-dək nəşriyyat və poliqrafiya evi çap məhsullarını nümayiş etdirir. Bir gün davam edəcək yarmarkalarda hər kəs müxtəlif növ kitabları güzəştli qiymətlərlə əldə edə bilər.

Sonra qonaqlar sərgi-yarmarkalarla yaxından tanış olublar.

Tədbir konsert proqramı ilə davam edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png