ONN İnformasiya Agentliyi

Bu peyvəndin Avropaya tədarükü təxirə salındı

Bu peyvəndin Avropaya tədarükü təxirə salındı
26 Mart 2021 - 10:28

ABŞ-ın “Novavax” şirkəti koronavirusa (COVID-19) qarşı peyvəndin Avropa İttifaqına tədarükü ilə bağlı müqavilənin imzalanmasını bir neçə həftəlik təxirə salıb.

ONN media  xəbər verir ki, “Novavax” nümayəndəsi Aİ ilə danışıqların davam etdiyini bildirib, lakin təfərrüatları barədə ətraflı danışmayıb.

Reuters-in məlumatına görə, şirkət birlik ölkələrinə Çex Respublikasındakı zavod da daxil olmaqla bir sıra ərazilərdə tədarük üçün dərman komponentlərini istehsal etməyi planlaşdırır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png