ONN İnformasiya Agentliyi

Əgər Tramp belə davam edərsə…

Əgər Tramp belə davam edərsə…
05 Sentyabr 2018 - 14:25

Tvitter sosial şəbəkəsi ABŞ prezidenti Donald Trampın qəzəbli tvitlərinin davam etməsinə icazə verməyəcək.

ONN media xarici mediaya istinadən xəbər verir ki, bu haqda Tvitterin siyasət üzrə müdiri Vijaya Gadde bildirib.

Dövlət başçıları və digər insanların sosial şəbəkədə eyni standartlara malik olduğunu deyən Tvitter rəsmisi bu standartların heç kəs üçün istisna olmadığını bildirib. O, Tvitterin respublikaçılara qarşı siyasi baxımdan qərəzli olmadığını söyləyib.

Qeyd edək ki, Trampın Tvitterdə təqribən 54,2 milyon izləyicisi var. Trampın təhdid xarakterli paylaşımlarına imkan yaratdığı və ayrı-seçkiliyə yol verdiyi üçün Tviterin rəhbərliyi ciddi tənqidlərə məruz qalır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png