ONN İnformasiya Agentliyi

Ərdoğandan SƏRT İSMARIC: Məhv olarsınız!

Ərdoğandan SƏRT İSMARIC: Məhv olarsınız!
26 Avqust 2020 - 16:42

Türkiyə Aralıq, Egey və Qara dənizdə haqqı olanı alacaq.

ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgird zəfərinin 949-cu ildönümü ilə bağlı çıxışında deyib.

“Türkiyə artıq səbri sınanacaq bir ölkə deyil. Bunu hər kəs görəcək. Edərik deyiriksə, edərik. Egeydəki saxta hegemonluqları qəbiristanlıqda fit çalma psixologiyasının təzahüründən başqa bir şey deyil. Türkiyənin heç kəsin torpağında gözü yoxdur. Özümüzə aid olanı da heç vaxt güzəştə getməyəcəyik. Bunun üçün siyasi, iqtisadi, hərbi cəhətdən nə lazımdırsa, etməyə hazırıq. Biz bu torpaqların əsil sahibləriyik. Qarşı tərəfdəki həmkarlarımızı düzgün yola dəvət edirik. Məhv olmalarına yol açacaq səhvlərdən uzaq dursunlar”, – Ərdoğan bildirib.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png